İlham Əliyevlə xanımı şagirdlərlə görüşdü

img

15-09-2014 [11:52]


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Şağan qəsəbəsində yeni inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

MIA AzərTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev əvvəlcə məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi.

Sonra dövlət başçısı və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə idi. Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib.

Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısına minnətdarlıqlarını çatdırdılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA