14-09-2014 [00:19]
Mia.az xəbər verir ki, avtosfer.az saytının əməkdaşı qayda pozuntusunu kameranın yaddaşına köçürə bilib. Onun verdiyi məlumata görə, Bakı merinin "BMW” markalı, 10 AA 008 dövlət nömrə nişanlı avtomobili Səməd Vurğun küçəsi ilə üzü Bakıxanov küçəsinə hərəkətdə olarkən tıxaca düşüb. "Təzə bazar”ın qarşısından əks yola çıxan merin avtomobili Bakıxanov küçəsinə qədər "protiv” gedib. Qarşı yola çıxmağı bir yana, Hacıbala Abutalıbovun sürücüsü çoxlarının "danq-danq” siqnal kimi tanıdığı qadağan olunmuş səs siqnalından istifadə edərək kobud qayda pozuntusuna yol verməklə qəza şəraiti yaradıb.
Əməkdaşımız bildirir ki, həmin vaxt Hacıbala Abutalıbov özü də avtombildə olub və o, hansısa tədbirə tələsirmiş.
Qeyd edək ki, bu hadisə günorta saat 14:00 radələrində baş verib. Həmin vaxt Səməd Vurğun küçəsindən Bakıxanov küçəsi istiqamətində tıxac yaranıb. Yolun əks tərəfində isə sıxlıq olmadığı üçün normal hərəkət sürəti olub. Yəni, orada maşınlar 40-60 km/saat sürətlə hərəkət edirmişlər. Belə sürətlə hərəkət edən avtomobillərin qarşısına çıxan merin sürücüsü sağ-salamat Bakıxanov küçəsinə çata bilib. Əməkdaşımız isə Səməd Vurğun küçəsindəki tıxacın səbəbini öyrənə bilib. Məlum olub ki, bu küçənin Bakıxanov küçəsi ilə kəsişən nöqtəsində «Nissan Maxima» markalı nəqliyyat vasitəsi qəza törədib və əzilmiş maşın yolun hərəkət hissəsində qaldığı üçün avtomobillərin hərəkətində sıxlıq yaranıb. Bu zaman ətrafda yol polisləri olmayıb.
Qeyd edək ki, bu cür qayda pozuntuları yalnız operativ nəqliyyat vasitələri tərəfindən edilə bilər ki, bu zaman həmin nəqliyyat vasitələrinin üzərində xüsusi səs siqnalları və rənglənmə qrafikası olmalıdır. Bakı meri Hacıbala Abutalıbovun avtomobili isə operativ yox, xidməti avtomobildir və onun bu cür kobud qayda pozuntusuna yol verməsi başadüşülən deyil. Hər halda, bu əmələ görə merin sürücüsünə 100 manat və 4 cərimə balı düşür. Səs siqnalından istifadəyə görə isə 150 manat cərimə nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi