"AMAY"da yanğın oldu, "ASAN xidmət" fəaliyyətini dayandırdı

img

13-09-2014 [13:07]


"AMAY"da baş verən yanğın 2 saylı ASAN Xidmət fəaliyyətini dayandırmaq məcburiyyətində qoyub.

 

Bu barədə ASAN Xidmətin "Facebook"dakı rəsmi səhifəsində məlumat veriblər. Məlumatda qeyd edilir ki, bu gün 2 saylı "ASAN xidmət" mərkəzinin yerləşdiyi inzibati binada baş verən yanğın hadisəsi ilə əlaqədar olaraq, mərkəz bugünlük öz fəaliyyətini dayandırır.

 

Bununla əlaqədar vətəndaşların Bakı şəhərində yerləşən digər mərkəzlərə müraciət etmələri məsləhət görülür.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA