Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

img

10-12-2025 [21:47]


Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.

Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İki ölkə liderləri arasında cari ilin 9 oktyabr tarixində Düşənbə şəhərində keçirilmiş görüşdə əldə olunmuş razılaşmaların ikitərəfli siyasi dialoqun əsasını təşkil etdiyi vurğulanıb.

Siyasi məsləhətləşmələr zamanı həmçinin iki ölkə arasında iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bununla yanaşı, regional platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanla Ermənistan arasında ikitərəfli qaydada aparılan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA