12-09-2014 [17:22]
"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan da qısa müddət ərzində güclü dövlətlərin sırasına daxil olub və əlbəttə ki, bu gün Silahlı Qüvvələrimiz həm hərbi potensialı və döyüş qabiliyyəti, həm də hərbi təchizatına görə nəinki bölgədə, eləcə də dünya miqyasında güclü ordular sırasındadır".
Mia.az xəbər verir ki, bunu trend-ə açıqlamasında müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
O, qeyd edib ki, ordumuz istənilən tapşırığın öhdəsindən gəlməyə hazırdır və buna qadirdir: "Heç şübhəsiz ki, Silahlı Qüvvələrimizin qarşısında duran əsas vəzifə tarixi ədalətin bərpası, ordumuzun daha da güclənməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səfərbər olunaraq ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir”.
Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu Azərbaycan üçün ən əsas və prioritet məsələdir: "Bu, hər bir ölkə üçün belə olmalıdır, çünki hər bir ölkə özünü müdafiə etməyi bacarmalıdır. Xüsusilə, bu, müharibə şəraitində yaşayan bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün qarşıda duran vəzifələrdən biri də Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Silahlı Qüvvələrimizin potensialının artırılmasının əsasında dövlətimizn və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı durur. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qısa zaman əzrində hərbi büdcəmiz 20 dəfədən çox artıb. Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsində baş vermiş dəyişikliklərə diqqət yetirmək kifayətdir. Ölkəmizin 2014-cü il üçün nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırılıb. Müqayisə üçün deyək ki, Ermənistanın hərbi xərcləri Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutulan vəsaitdən 5,3 dəfə azdır. Son 10 il ərzində əldə edilmiş silah-sursat və hərbi texnika hərbi sahədə Ermənistan və Azərbaycan arasındakı pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlayıb”.
Bundan əlavə, nazir deyib ki, dövlətimiz Silahlı Qüvvələrin əsaslı surətdə gücləndirilməsi, qoşunların kompleks və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin artırılması üçün yeni silah, texnika və trenajorların alınaraq hərbi hissələrə verilməsi istiqamətində müvafiq işlər aparır: "Biz zirehli texnika və aviasiya vasitələrinin, eləcə də döyüş imkanına malik digər texnikanın keyfiyyət baxımından əsaslı təmirini və modernləşdirilməsini yerinə yetirir, müəyyən olunmuş inkişaf proqramı üzrə fəaliyyət göstəririk.
Son dövrdə ən müasir "Smerç” yaylım atəşi reaktiv sistemləri, "Toçka-U” taktiki raket kompleksləri, "BUK-1MB” zenit-raket kompleksləri, "T-90S” tankları, "TOS-1A” ağır odatan sistemləri, "MSTA-S” özüyeriyən artilleriya haubitsaları, özüyeriyən "Pion” topları, o cümlədən ölkəmizdə istehsal olunan "Şahin” və "Qaranquş” pilotsuz uçuş aparatları qəbul edilib. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin adı dünya üzrə güclü, müasir standartlar çərçivəsində yenidən qurulan və təchiz edilən ordular sırasında çəkilir”.
Diqqəti Silahlı Qüvvələrin inkişaf istiqaməti ilə bağlı əsas məsələyə yönəldən Z.Həsənov deyib ki, ölkə rəhbərliyi Avroatlantik məkana inteqrasiyanın milli maraqlarımıza cavab verdiyini bildirərək, bu istiqamətdə mərhələli addımlar atılmasını qarşıya məqsəd qoyub: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cari ilin yanvar ayında NATO-nun mənzil-qərargahında keçirilən mətbuat konfransında bəyan edib ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar NATO standartlarına uyğunlaşdırılır. Bu, Silahlı Qüvvələrimizdə aparılan islahatlar çərçivəsində əsas istiqamət kimi müəyyən edilib”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi