12-09-2014 [17:08]
İddia ərizəsində A. Məmmədov R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edir. Şikayət ərizəsinə 8 sentyabr 2014-cü il tarixində, saat 11.45-ə Xətai rayon Məhkəməsinin hazırlıq iclasında baxılacağı nəzərdə tutulsa da, baş yazara bu barədə sənədlər sentyabrın 11-də, məhkəmədən 4 gün sonra çatdırılıb. İttiham ərizəsi və qarşı tərəfin iddiaları ilə bağlı "Yeni Müsavat” qəzetinin 12 sentyabr tarixli sayında geniş məlumat dərc olunacaq.
Musavat.com oxucuları üçün A.Məmmədovun bu addımına Rauf Arifoğludan rəy öyrəndik. Baş yazar bildirdi ki, məhkəmə 8 sentyabra təyin edilib: " Bizim bundan xəbərimiz olmayıb, ona görə də iştirak etməmişik. Bu gün öyrəndik ki, qarşı tərəf də 8 sentyabrda məhkəmə prosesinə gəlməyib. İddia ərizəsi ilə tanış oldum. Bunlar rəsmən məni susdurmaq istəyirlər. Məmmədovlar müxbirimizi döydürüb, indi də məni həbslə hədələyirlər. Anar Məmmədov şəxsən Cinayət Məcəlləsinin 3 maddəsi ilə mənə cinayət işi açmağı məhkəmədən tələb edir. Bunların gözünü kin, nifrət, qəzəb elə örtüb ki, nə etdiklərinin fərqində belə deyillər. Azərbaycan dövlətini yenə də bütün dünyanın "Diffomasiya demoqoqiyası”na hədəf edəcəklər. Ölkə rəsmiləri israrla dünyaya bəyan edirlər ki, diffomasiyaya görə həbslər yoxdur, neçə ildir ki, heç məhkəmə prosesi də keçirilmir; bunlar isə tam əksini edir və Azərbaycan iqtidarını arqumentsizləşdirirlər. Lakin düşünürəm ki, bəlkə də belə yaxşıdır. Bu proses ölkəmizdə "Diffomasiya haqda qanun”un qəbul olunmadığını yenidən gündəmə gətirəcək və problemli yerimizi nümayiş etdirəcək.
Rauf Arifoğlu deyir ki, bu cür proseslər onun üçün adi haldır: "Mənimlə bir çox nazirlər illərlə mübarizə aparıblar, məhkəməyə veriblər, pislik ediblər, zərər vurmağa çalışıblar. Onlardan sonuncusu da Səfər Əbiyev idi... Kimsənin mənimlə düşmənçilikdən xeyir tapdığını görmədim. Bu qəzet 25 il tarixi olan bir Azərbaycan əfsanəsidir; həm də sehrli bir energetikaya malikdir. Özünü oraya pis niyyətlə toxuyan zərər çəkir; yaxşı niyyətlə yaxınlaşan fayda tapır”.
Baş redaktor bildirir ki, onlar gələn həftədən etibarən müdafiə taktikası quracaqlar: "Anar Məmmədov gənc iş adamıdır. Gedir, Amerikada yabançılarla münasibət qurur, lobbi təşkilatları ilə təmas yaradır və sair. Amma ölkə daxilində hər zaman media ilə gərginlik içindədir, işini və münasibətlərini qura bilmir. Amerikalılara gələndə, başqa üzlərini göstərirlər, bizimlə isə hər zaman zor dilində danışmağa çalışırlar, əzmək, bitirmək niyyəti güdürlər. Necə münasibət göstərəcəklər, o cür də münasibət görəcəklər”.
Hüquqşünasımız Vaqif Hüseyn deyir ki, iddia ərizəsində göstərilən maddələr Rauf Arifoğlu üçün həbs təhlükəsi yaradır.
musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi