İcra başçısı bələdiyyə sədrini "bada" verdi - Cinayət işi

img

12-09-2014 [16:15]


Cəlilabad bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı bələdiyyənin sədri Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəlilabad şəhərində rayon sakininə məxsus torpaq sahəsinə bitişik və faktiki olaraq istifadəsində olan 0,04 hektar ölçüdə torpaq sahəsinin sonuncuya satılması üçün 20.000 manat pul tələb etməsində və faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan K.Məmmədov barədə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir(az.vision).


Mia.az bu xəbərlə bağlı Cəlilabaddan əldə etdiyi məlumata görə, bələdiyyə sədri bu qanunsuzluğu özbaşına, yəni tək etməyib. O, bu məsələ ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və memarlıq şöbəsinin razılığını alaraq, torpaq sahəsinin alıcısına müsbət vəd verib: "Hamı bilir ki, rayon icra hakimiyyətinin başçısının razılığı olmadan bələdiyə sədrləri kiməsə özbaşına torpaq sahəsi sata və ya icarəyə verə bilməz. Bilirziniz ki, 2007-ci ildən etibarən, torpaqlar hərraclarla satılır. Hərrac isə təkcə bələdiyyə sədrlərindən aslı deyil. Rayon təsərrüfat və torpaq şöbələrinin rəyi olmadan alqı-satqı mümkün deyil. Yəni yuxarıda qeyd edilən məsələdə də bələdiyyə sədri özbaşına o prosesi apara və kimdənsə 20 min tələb edə bilməzdi. Buradda başda Əziz Əzizov olmaqla, icra hakimiyyətinin bəzi məmurlarının da məsuliyyəti var. Güman ki, istintaq bu faktları da araşdıracaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA