Federasiya prezidenti tutuldu - 4 milyonluq qalmaqal + TƏFƏRRÜAT
08-12-2025 [16:08]
Azərbaycanda iş adamının milyonlarla pulu ələ keçirilib. Şikayət əsasında biri keçmiş idman federasiyası prezidenti olmaqla, 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar.
2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları-Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub.
Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov yuxarıda adları qeyd olunan tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib. Belə ki, onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar.
Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Lakin onlar verdikləri vədə əməl etməyib, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar.
Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatını ödətdirib. C.Əşrəfov barəsində bir neçə gün əvvəl məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanov isə həbs edilib.
Qeyd edək ki, zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub.
Fotoda: Quvat Beybutov

Fotoda: Ceyhun Əşrəfov

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi