12-09-2014 [13:23]
Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında Türkiyədə keçirilən "CEBİT Bilişim-2014” konfransında ölkəmizi təmsil edir. Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən biri olan "CEBİT Bilişim-2014” qlobal konfransı sentyabrın 11-14 tarixlərində İstanbulda baş tutur. "CEBİT Bilişim” sərgisi hər il təşkil olunur və Avrasiya regionun İKT sahəsində ən iri sərgilərdən biridir. Şirkət sərgidə öz məhsul, texniki həllər və nailiyyətlərini nümayiş etdirməklə yanaşı, yeni nəsil texnologiyalarla tanış olmaq və dünyanın aparıcı İKT şirkətləri ilə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək imkanı əldə edir.
Azercell-in sərgidə nümayiş etdirdiyi yeniliklərdən biri M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. Sözügedən texnologiya müxtəlif məişət və sanaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sanayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur. Hal-hazırda Azərbaycanda M2M texnologiyası yalnız Azercell Telekom şirkəti tərəfindən təqdim olunur. Bununla bərabər şirkət ölkədə ilk dəfə tətbiq etdiyi digər yeniliyi - Asan İmza (mobil imza) xidmətini də nümayiş etdirir. Bu xidmət hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanını yaradır.
Qeyd edək ki, bu il İstanbulda kecirilən tədbirdə 72 mindən çox peşəkar mütəxəssis iştirak edir. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, birgə "B2B” tədbirlər, tematik sessiyalar, təqdimatlar keçirilir. Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı” şəhər, "ağıllı” dövlət, "ağıllı” bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, məhdudiyyətsiz məlumat və s. olub.
İnnovativ məhsullarla öz abunəçilərini daim sevindirən Azercell ölkəmizin inkişafını, həmçinin, Azərbaycandan kənarda, digər ölkələrdə də geniş təqdim etməkdə davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi