Tarixdə diplomatik görüşlərin keçirildiyi İmişli... - Zaur Əliyev yazır
05-12-2025 [21:55]
Peşəkar təhsil işçisi Vahid Tağıyev Mia.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin İmişli haqqında yazdığı məqaləni təqdim edib. Vahid müəllim bu yazıya görə professora şəxsən təşəkkür edir.
Mia.az isə həmin yazını olduğu kimi təqdim edir:
***
İmişli rayonu 1930-cu ilin аvqust аyındа mərkəzi Qаrаdоnlu kəndi olmaqla təşkil olunmuş və ilk olaraq Qаrаdоnlu rayonu adlandırılmışdır. Qаrаdоnlu rayonunun adı 08 avqust 1938-ci ildə dəyişdirilərək İmişli rаyоnu аdlаndırılmış, mərkəz isə indiki İmişli şəhərinin yerində olan İmişli kəndinə köçürülmüşdür.
Hələ Çаr Rusiyаsı dövründə təsis еdilmiş оlаn Qаrаdоnlu uyеzdi əvvəllər Sаlyаn qəzаsınа, sоnrаlаr isə Cаvаd qəzаsınа tаbе оlmuşdur. 1906-cı ildə Qаrаdоnludа ilk məktəb fəаliyyətə bаşlаmış, kənddə о dövr üçün nümunəvi sаyılаn yаşаyış еvləri, mеhmаnхаnаlаr, dəyirmаnlаr, dükаnlаr mövcud оlmuşdur.
İmişli rayonunun adının mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu rayonun adı bəzi mənalara yozulur. Ehtimallardan birinə görə, burada qalayçılıq sənəti yüksək inkişaf etdiyinə görə, yaşayış yerinin adı “Gümüşlü” kimi adlanıb. Bəzi tədqiqatçılar iddia edirləri ki, İmişli sözü qədim hun dilində “Sulu yer” mənasında işlədilib. Başqa bir iddiaya görə isə el arasında buralara ”Yemişli” deyilib.
Vaxti ilə boş ərazilərdə həddən çox yemiş əkildiyindən bu toponimin “yemişli” sözündən alınmasını da söyləyirlər.
Bu sözün qədim türk dilində İmeşli – yəni, iki çay rası mənasını verdiyidə deyilir. Bəzi türkoloji mənbələrdə imiş / yemiş sözləri “otlaq”, “çəmənlik”, “bitkili ərazi” mənasını verir. “-li” şəkilçisi isə aidlik, mənsubluq bildirir. Bu halda İmişli “otlaqlı yer”, “çəmənlikli yer” kimi izah olunur
İm və Eş qədim türk dilində çay – orta deməkdir. Qədim türk dilində imiş kökü müxtəlif mənbələrdə yumşaqlıq, nəmli-otlu yer kimi qeyd edilir.
Mənbələr yazır ki, eramızın XII əsrində 1220-1221-ci illərdə Moğol imperiyasının Qərbə doğru yürülşəri zamanı onlar Muğanda, indiki İmişli şəhəri ərazisində məskən salıblar. Muxor, Yeddi Kurqan və s. təpələr də o illərin yadigarıdır.
Həmdullah Qəzvininin kitabına görə, "Ərdəbildən Biçrəvana qədər məsafə 8 fərsəng, sultanlıqdan 57 fərsəng, Biçrəvandan Biləsuvara qədər 8 fərsəng və Mahmudabada qədər məsafə 6 fərsəngdir..."
Yerli muzeydə "Ay Tanrısı" və ya "Ay ilahiası" adlı unikal bir eksponatın olması təsadüfi deyil. Şumer mədəniyyətinin xarakterik simvolu olan bu məharətlə yonulmuş daş bəzək əşyası Muxur kəndi yaxınlığında tapılıb. Qədim yaşayış məskənləri və kurqanlar İraq və Qafqazdakı Mesopotamiyanın tarixi taleyindəki oxşarlıqların daha bir sübutunu ehtiva edir.
Hətta Çingiz xan və Teymurun dövründə də Qızıltəpə tacirlərin və yerli varlı insanların sərvətlərini gizli yerlərdə gizlətdiyi bir yer idi.
Rayon ərazisində tarixi keçmişimizlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Kür-Araz mədəniyyətinə aid saxsı məişət əşylarinin üç min ildən çox yaşı var.
Qızıltəpə, Muxurtəpə, Qaratəpə orta əsrlərin istehkamlarıdır. İndiki Bəcirəvan kəndi ərəb istilası dövründəki döyüşkən Bəcirəvan şəhərinin adı ilə səsləşir. Rayon ərazisində həmçinin XII-XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. tarixi abidələr mövcuddur.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən İmişli rayonunda 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb. 4 hektar ərazini əhatə edən Zilitəpə adlı yaşayış məskənində insan skeleti, gildən hazırlanmış tütək, ox ucluqları, qılınc dəsti, sikkələr, saxsı qablar və heyvan sümükləri tapılıb.
Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub. Teymuri hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilərə də Sara xatun başçılıq etmişdi və danışqlar indiki İmişli ərazisndə aparılıb.
İmişli bölgəsindən olan savadlı insanlar təkcə doğma Azərbaycanlarında deyil, həm də vətənlərinin şərəfini uca tutduqları yerlərdə tanınırlar.
Belə insanlardan biri də Musaib bəy Qəhrəman oğlu Axidjanovdur. O, 1914-cü ildə Kiyevdə hüquq təhsili almış və 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında fəal iştirak etmişdir.
Xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda fəal mübarizəyə rəhbərlik edən M. Axidjanov Azərbaycan parlamentinin 83 üzvündən biri və Bakı qubernatoru vəzifəsində çalışmışdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra o, edam edilmişdir.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi