12-09-2014 [12:37]
Müsavat başqanlığına iddia edən Qubad İbadoğlu sentyabrın 12-də namizədliyini rəsmiləşdirib və partiyanın qərargahında mətbuat konfransı keçirərək seçki platformasını açıqlayıb.
Müsavat Partiyasında seçki prosesi avqustun 28-dən başlayıb. Sentyabrın 27-nə təyin olunmuş partiya qurultayının gündəliyində duran əsas məsələ başqan seçkisidir. Təşkilat komitəsinin qərarına əsasən, namizədlərin irəli sürülməsi sentyabrın 17-də başa çatacaq.
Qubad İbadoğlu 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və onun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. 1996-cı ildən Müsavat Partiyasının üzvüdür.
"Media forum” saytının məlumatına görə, Qubad İbadoğlunun seçki platforması "8 addımla 2018-ə” adlanır:
1. Müsavat Partiyasında yaxşı olanları saxlamaqla yeni yaxşılar yaratmaq. Müsavat Partiyasının şərəfli tarixindən, Məhəmməd Əmin Rəsulzadənin zəngin irsindən, İsa Qəmbərin siyasi təcrübəsindən qaynaqlanan kursu davam etdirmək, müsavatçılıq ideologiyasına və məfkurəsinə sadiq qalaraq müasir sivil siyasi mübarizə vasitələri ilə Azərbaycanda açıq hökumət, azad cəmiyyət və fərdi azadlıqlara təminat verən Müsavat hakimiyyətinin demokratik yolla formalaşmasına nail olmaq.
2. Gəncliyi Müsavatın aparıcı qüvvəsinə çevirmək. Partiyaya demokratik ideyaların carçısı olan müasir dünya görüşlü, fədakar gəncləri cəlb etməklə Müsavatın potensialını genişləndirmək. Partiya idarəetməsinin bütün səviyyələrində gənclərə yer vermək, onların potensialından daha çox və daha səmərəli istifadə etmək.
3. Azərbaycanın gələcəyinə baxışın alternativlərini yaratmaq. Partiyadakı mövcud potensialı cəmiyyətin müstəqil intellektual potensialı ilə bütünləşdirməklə ölkənin inkişafının hər dönəmi üçün alternativ proqramlar və konsepsiyalar işləmək və onları ictimai müzakirəyə çıxarmaq.
4. Şəffaf və hesabatlı siyasi partiya modeli yaratmaq. Partiyada kollegial idarəetmə, şəffaf və hesabatlı qərarvermə prosedurlarının təkmilləşdirilməsi vasitəsilə partiyadaxili demokratiyanı gücləndirmək, hər bir üzvün fərdi azadlıqlarına hörmət əsasında partiyanın təşkilati inkişafına və ictimai əlaqələrinə töhfə vermək, mütəmadi maliyyələşmə mənbələrinə dair ictimaiyyətə açıq olan hesabatlar hazırlamaq.
5. Müsavat Partiyasının seçkilərdə iştirakına və qələbəsinə nail olmaq. Siyasi şəraitdən asılı olaraq partiyanın seçkilərdə iştirakı barədə kollegial qərarlar qəbul etmək, 2015-ci il parlament və 2018-ci il prezident seçkilərində partiyanın hətta minimum demokratik seçki mühitində belə qələbələrini reallaşdırmağa nail olmaq.
6. Qarabağın azadlığı üçün Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə çalışmaq. Qarabağın azad olunmasına qədər olan dövrdə məcburi köçkün və qaçqınların sosial-iqtisadi vəziyyətini diqqətdə saxlamaq, Qarabağın işğaldan azad olunması üçün davamlı çalışmaq, Qarabağın işğaldan azad olunmasından sonrakı dövr üçün bərpa planını hazırlanmaq, müxtəlif səviyyəli beynəlxalq toplantılarda Azərbaycanın bu sahədəki haqlı və ədalətli mövqeyini müdafiə etmək.
7. Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasını sürətləndirmək. Azərbaycanın Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramında iştirakının genişlənməsi, assosiasiya sazişinə qoşulması, Dünya Ticarət Təşkilatına daxil olması üçün davamlı səylər göstərmək, dövlətin bu istiqamətlərdə hədəfləri bəlli olan xarici siyasət kursunun müəyyənləşdirilməsinə çalışmaq.
8. Milli maraqları və dövlətçilik maraqlarını partiya maraqlarından üstün tutmaq. Ölkənin müstəqilliyinə, ərazi bütövlüyünə təhlükə yaranarsa, dövlətin maraqlarını partiya maraqlarından üstün tutmaq, Azərbaycan dövlətinin və onun müstəqilliyinin qorunmasında fəal iştirak etmək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi