Prezidentdən əfv istəyən Netanyahu hakim qarşısına çıxdı - Prokurorla baş nazir iclasda mübahisə edib
01-12-2025 [21:20]
Korrupsiya və rüşvətalmada ittiham olunan İsrailin Baş naziri Benyamin Netanyahu ölkə prezidenti Hersoqa əfv üçün müraciət etdikdən sonra bu gün Tel-Əvivdə hakim qarşısına çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, proses başlayan kimi Netanyahu diplomatik və ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərlə əlaqədar sabaha nəzərdə tutulan dinləmə iclasının təxirə salınmasını tələb edib.
Məhkəmə heyəti tələbi nəzərdən keçirəcəyini bildirib. Prokuror da tələbə etiraz etməyib.
Bundan sonra sualları cavablandıran Netanyahu ilə prokuror arasında gərginlik yaşanıb. Prokuror Baş naziri yalan danışmaqda ittiham edib. O, Netanyahudan seçki dövründə yalnız "Walla" xəbər saytına müsahibə verdiyini iddia etməsinə səbrli yanaşa bilməyib: "Yalan danışma. Əgər elədirsə, digərlərini təkzib edən dəlilləri təqdim elə".
Baş nazir Netanyahu isə prokurorun onu yalan danışmaqda ittiham etməsini qəbuledilməz sayıb: "Bütün bunlar sizin bu işin ta əvvəlindən nə qədər əsassız ittiham hazırladığınızı sübut edir".
Məhkəmə sual-cavablardan sonra sabahkı prosesin təxirə salınmasına qərar verib.
Xatırladaq ki, Baş nazir Benyamin Netanyahu və ailəsinə qarşı təxminən altı il əvvəl cinayət işi açılıb.
ABŞ lideri Donald Tramp İsrailə son səfərində ölkə prezidentindən onun əfvini istəyib.
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi