Laçında “MDB-nin Mədəniyyət Paytaxtı – 2025”in rəsmi bağlanış mərasimi keçirilib
30-11-2025 [14:10]
Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025”in rəsmi bağlanış mərasimi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bağlanış mərasimində çıxış edən prezidentin Laçındakı xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, bu, bizim mədəni həyatımızın bir hissəsidir. Biz mədəni tədbirlərlə bağlı təşkilatlanmadan, paralel olaraq isə bu torpaqda bərpa işlərinin və yeni binaların inşasının davam etməsindən danışanda, bütün bunlar bir-biri ilə yanaşı həyata keçirilirdi.
“Biz indi sizinlə bunun şahidiyik ki, bu il sadəcə ötüb keçmədi, əksinə, həqiqətən də yeni bir başlanğıca çevriləcək”, – deyə xüsusi nümayəndə vurğulayıb.
Daha sonra çıxış edən MDB-yə üzv dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Tair İksanov Laçın şəhərinə xoşbəxtlik və inkişaf arzulayıb.
“Əziz dostlar, Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından 2025-ci ildə Laçında həyata keçirilmiş MDB-nin “Mədəniyyət Paytaxtı” beynəlxalq proqramının bağlanış mərasiminin keçirilməsi münasibətilə sizləri səmimi-qəlbdən təbrik edirəm”, – deyə Tair İksanov bildirib.
Milli Məclisin deputatı Polad Bülbüloğlu isə çıxışında qeyd edib ki, deyirlər ki, dost millət dost millətdir – bu tədbirlər insanlar arasında dost münasibətinin göstəricisidir.
“Bunun üçün bir səbəb olmalıdır ki, bu insanlar bir-biri ilə ünsiyyət qura bilsin, bir-birlərinin mədəniyyəti ilə tanış olsun, dostluq etsin və fikirlərini bölüşsünlər”, – deyə Polad Bülbüloğlu vurğulayıb.
Sonda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Laçın sakinlərinə və tədbirdə iştirak edənlərə Mədəniyyət Nazirliyi adından təşəkkürünü bildirib.
Bağlanış mərasimi qonaqların da iştirak etdiyi konsert proqramı ilə yekunlaşıb.
Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci il üçün “MDB-nin Mədəniyyət Paytaxtı” elan edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi