İki məşhur hospitalla bağlı ağır ittiham var
27-11-2025 [15:52]
71 yaşlı qadının müalicə prosesi zamanı baş verən hadisələr onun ailəsinin ciddi narazılığına səbəb olub. Ailə iddia edir ki, tibbi səhlənkarlıq səbəbindən xəstə ölüb.
Belə ki, aprel ayında Ayşat Seydəliyeva ayaqlarında yaranmış damar problemi ilə bağlı Avropa Hospitalına müraciət edib. Ailəsinin bildirdiyinə görə, xəstə həkim Sevinc Babayevanın iştirakı olmadan, gecə saatlarında kassadan kənar şəkildə 600 və 500 AZN ödənişlə iki dəfə əməliyyat olunub. Əməliyyatlardan sonra qadının vəziyyəti pisləşib, qanaxma başladığı üçün təcili yardım çağırılıb və o, Kəpəz Hospitalına köçürülüb.
Mərhumun yaxınlarının sözlərinə görə, Kəpəz Hospitalının həkimi Seymur Musayev, xəstə sığortalı olmasına baxmayaraq, əməliyyatdan sonra 2500 AZN pul tələb edib. Pul verilmədikdə isə xəstənin yaxınlarına “yanına buraxmamaqla” hədə-qorxu gəldiyi bildirilir. Ailə üzvlərinin sözlərinə görə, xəstəxananın rəhbəri Süleyman Muradlı da bu prosesə reaksiya verməyib və “biz heç nə edə bilmirik” deyərək şikayəti qeydə almadan vəziyyəti ört-basdır etməyə çalışıb. Növbəti gün isə xəstədən əlavə 150 AZN ödəniş tələb olunub.
Yaxınlarının qeyd edir ki, ardıcıl tibbi səhlənkarlıq və rüşvət tələbləri nəticəsində Ayşat Seydəliyevanın vəziyyəti kritik həddə çatıb, xəstəxanadan çıxandan bir gün sonra isə dünyasını dəyişib.
Hadisə ilə bağlı mərhumun ailəsi Avropa Hospitalı və Kəpəz Hospitalında fəaliyyət göstərən bir neçə şəxs barəsində hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib.
Şikayətdə aşağıdakı şəxslərin məsuliyyətə cəlb olunması tələb olunur:
Sevinc Babayeva – tibbi səhlənkarlıq və xəstəyə nəzarətsizlik;
Seymur Musayev – ağır vəziyyətdə olan xəstədən rüşvət tələb etmə;
Süleyman Muradlı – proseslərə göz yumma və vəzifə səlahiyyətlərindən sui-istifadə.
Şikayətçilər göstərilən əməllərə görə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma) və 314-cü (səhlənkarlıq) maddələri üzrə hüquqi qiymət verilməsini tələb edirlər.
Yazıda adı keçən şəxslərlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz oldu. Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq/Globalinfo.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi