Daxili Nəzarət Departamentinin müdiri niyə vəzifədən çıxarıldı? - İddia + Açıqlama
27-11-2025 [15:47]
Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Daxili Nəzarət Departamentinin müdiri Cahangir Bayramov işdən çıxarılıb.
Globalinfo.az-a daxil olan məlumata görə, buna səbəb Bayramovun AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyevin qəzəbinə tuş gəlməsidir. Belə ki, rəhbərliyin özbaşına tələbləri ilə bağlı Ə.Nəbiyevlə C. Bayramov arasında mübahisə yaranıb. Bununla əlaqədar olaraq, Ə.Nəbiyevin əmri ilə C.Bayramov işdən kənarlaşdırılıb.
Məlumata görə, Ə.Nəbiyev 2023-cü il iyulun 21-də AQTİ-nin İdarə Heyətinin sədri təyin olunandan sonra bu qurumda işçilərin işdən çıxarılması kütləvi hal alıb.
İddia olunur ki, o, institutun peşəkar və təcrübəli əməkdaşlarını işdən çıxararaq, onların yerinə heç bir peşəkarlığa və təcrübəyə malik olmayan öz adamlarını gətirir.
Bildirilir ki, Ə.Nəbiyev işdə heç bir nöqsanı olmayan, səhvə yol verməyən, lakin “xoşuna gəlməyən” əməkdaşlardan açıq şəkildə işdən çıxmalarını tələb edir. Əməkdaşlar bunun səbəbini soruşduqda, yaxud bu tələbə əməl etmədikdə, Ə.Nəbiyev və onun ətrafındakı şəxslər həmin əməkdaşlarla ciddi “məşğul olmağa” başlayırlar. Müxtəlif üsullarla onları işdən çıxmağa məcbur edirlər.
Xartırladaq ki, bir müddət əvvəl Globalinfo.az AQTİ-nin İdarə Heyətinin sədrinin müavini Tamilla Əliyevanın vəzifəsindən azad olunması barədə məlumat yayıb. Bundan 1 gün sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi T. Əliyevanın qurumun Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin edilməsina dair məlumat açıqlayıb.
Onu da qeyd edək ki, AQTİ-nin İdarə Heyətinin sədri Ə. Nəbiyevin AQTA-nın sədri Qoşqar Təhməzlinin biznes ortağının oğlu olduğu bildirilir.
Məsələ ilə bağlı Globalinfo.azAQTA-ya sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, Cahangir Bayramov öz istəyi ilə işdən ayrılıb: “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Daxili Nəzarət Departamentinin müdiri Cahangir Bayramovun işdən çıxarılmasına dair mediada yayılan məlumat həqiqəti əks etdirmir. Qeyd edək ki, Cahangir Bayramov öz ərizəsi ilə işdən ayrılıb”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi