11-09-2014 [14:27]
Milli Məclisin deputatı Fazil Mustafa "Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgəri məhkəməyə verəcək. Bu barədə deputat özünün "facebook” səhifəsində yazıb: "Haqqımda təhqiramiz yazı yazmış Aqil Ələsgər və onu yerləşdirmiş Azerinfo.org saytını məhkəməyə vermək barədə qəti qərara gəldim. Buyurub yazdıqlarını sübut etsinlər, əsas məqsəd odur ki, kimsə evində olan problemin səbəbini başqa yerdə bundan sonra daha axtarmasın.
Adam haqqında jurnalist çevrəsindən maraqlandım, elə bir obrazını təqdim etdilər ki, inanın ki, əl verib görüşməyə utanarsınız. Çox zaman məhz bu kimliklər üzərimizə utanmadan gəlirlər. Maraqlıdır ki, Aqil Ələsgərin adı Ergenekon davasında da Türkiyə hakimiyyətinə qarşı komplolarda yer alır. Indi birdən-birə Türkiyə hakimiyyətinin müdafiəçisi kimi çıxış edərək azərbaycanlıların əleyhinə mövqe sərgiləməsi düşündürücüdür. Təbii ki, Ergenekon da siyasi bir dava idi və hüquqi əsası olmadığına görə dayandırıldı. Ancaq bütün hallarda Ərdoğan hakimiyyətini devirmək üçün qurulduğu iddia olunurdu və maraqlıdır ki, Azərbaycanda da əsasən bu şəxsin adı hallanırdı. Indi qatı Ərdoğan kursunun müdafiəçisinə çevrilməsi və onların gözündə bəraət alması üçün Azərbaycanın millət vəkillərinə, lisey məzunlarına böhtan atması anlaşılandır”.
Aqil Ələsgər Fazil Mustafanın fikirlərinə cavab olaraq "Azadlıq”a bildirib ki, deputatla bir-birlərini yaxşı tanıyırlar və dəfələrlə "Əbu Bəkr” məscidində, süleymançıların Quran kursunda bərabər namaz qılıblar. "O, hansısa deputata yarınmağa adət etmişlərdən soruşana qədər mənim özümdən maraqlandığı sualları soruşsaydı, bütün suallarını cavablayardım.
Şükür Allaha ki, mən Fazil Qəzənfəroğlunu təhqir etməmişəm. Lakin diqqət edirsinizsə, o, özündən daha çox Gülən liseylərinin davasını aparır və mənim bu liseylərlə bağlı fikirlərimi təkzib etməyə çalışır. Faktiki olaraq, o, mənimlə Gülən liseylərinin vəkili kimi çıxış edir və o şəbəkə ilə bağlı yazdıqlarımı və şəxsiyyətimi hədəf seçir. Biz istərdik ki, hər hansısa məhkəmə-dava olmasın. Etirazı varsa, gəlsin, fikirlərini bizimlə bölüşsün».
Jurnalist deyib ki, Fazil Mustafa problemi məhkəmə müstəvisində çözmək istəyirsə, bu halda o da qarşılıqlı iddia qaldıracaq: "O, məhkəmə yolunu tutursa, biz də qarşılıqlı olaraq, onun aşağılayıcı münasibətinə görə məhkəməyə müraciət edəcəyik. Biz hesab edirik ki, böyük dahilər yetişdirmiş Azərbaycan təhsilini təhqir edib, fətullahçı yuvalarının bağlanmasını faciə kimi qələmə vermək Azərbaycan deputatına yaraşan hal deyil. Ergenekon məsələsinə gəlincə, o məsələ fətullahçılar əleyhinə yazdığım yazılara görə, məhz bu şəbəkənin iftirası idi və təəssüf ki, əli hər şeydən üzülən Fazil Mustafa fətullahçı yalanına sarılıb. Bu mənim Türkiyə hökuməti və mühafizəkar media nəzərində gözdən salmağa hesablanmış addımdır. Mən 10 ildir ki, hər il işlərimlə əlaqədar ən az bir neçə ay Türkiyədə oluram.
Ergenekon ilə yaxından-uzaqdan əlaqəm olsaydı, mənim başım çoxdan getmişdi. Mən neçə illərdir ki, Türkiyədə erməni məsələsi ilə bağlı çalışıram, müxtəlif konfranslara qatılıram. Fətullahçıların hədəfində də məhz hər şeydən öncə Fazil Mustafanın Azərbaycanda lisey açmasını arzuladığı ermənilərə qarşı mübarizə aparanlar olub. Nə yazıq ki, Fazil Mustafa bu gün bilərəkdən və ya bilməyərəkdən Fətullah Gülənin əlinə oynayır. Bu səbəbdən mən hesab edirəm ki, məhkəmədə tərəf müqabilim Fazil Mustafa deyil, məhz Fətullah Güləndir.”
Xatırladaq ki, Aqil Ələsgər bir neçə gün öncə Türkiyənin "Kanal A” telekanalında Azərbaycandakı nurçular barədə danışarkən bir neçə deputatın, o cümlədən Fazil Mustafanın bu şəbəkəyə daxil olduğunu iddia edib.
azinform.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi