"Heç bilmirik, Adəm İsmayılın müşavirləri harada qeydiyyatdan keçirlər" - Tahir Kərimli qalmaqaldan danışdı, maraqlı mesajlar verdi
21-11-2025 [17:29]
Xəbər verdiyimiz kimi, Vəhdət Partiyasının (VP) sabiq sədri, partiyanın hazırkı Baş Məclisinin sədri Tahir Kərimli ilə politoloq Cümşüd Nuriyev arasında ciddi qalmaqal yaşanıb. Qalmaqal fonunda tərəflərin bir-biriləri barədə verdikləri açıqlamalar müzakirəsiz ötüşməyib. Müzakirələr zamanı Adəm İsmayıl Tahir Kərimliyə vəsait ödəyərək Vəhdət Partiyasını aldığı, indi isə onun kadrlarını partiyadan kənarlaşdırmaq istəyi barədə iddialar səsləndirilib. Yaranan qalmaqalı da Adəm Bakuvinin təşkil etdirməsi barədə fikirlər yayılıb.
Mia.az-ın məlumatına əsasən. Pravda.az Cümşüd Nuriyevin səsləndirdiyi iddialar və digər deyilənlər barədə Tahir Kərimli ilə yenidən əlaqə saxlayıb.
Tahir Kərimli budəfəki açıqlamasında təkcə Cümşüd Nuriyevin deyil, partiya sədri Aydəm İsmayılın da ünvanına sətiraltı mesajlar ünvanlayıb: "Bu adam (Cümşüdf Nuriyev) öyrədilməyibsə, niyə on iki gün sonra cavab verir? Çıxışıma diqqət edin, görün xalqa qarşı nəsə var? Əksinə, xalqın müdafiəsidir. Baş qoşmaq istəmirdim, amma əlac yoxdur, təhqir edib, partiyada vəzifə tutub. Cümşüd Nuriyev deyir ki, Vəhdət Partiyasının Siyasi Şurasının 60-70% üzvü mənim qohum-əqrəbamdır. Siyasi Şurada cəmi bir qardaşım var. O da müavinlikdən çıxarılıb, Siyasi Şuranın üzvüdür. Heç bir rəhbər vəzifədə adamım yoxdur. Məgər yüzlərlə adam hamısı qardaşım, qohumumdur? Qardaşımın biri isə Partiyanın adi üzvüdür.
Cümşüd Nuriyev kimə papaq atır? Bəlkə, başqa partiyalara papaq atır ki, rəhbərlikdə qohumluq əlaqələri var? Bizdə yoxdur. Qohumluq etsəydim, partiya sədri ya özüm olardım, ya da qohuma, qardaşıma verərdim. Görün bu adam nə qədər böhtanlar atmaqla məşğuldur. Bunu da deyir ki, Tahir mənim dostumdur. Yalan deyir. O mənə həmişə düşmən münasibət bəsləyib. Bir neçə dəfə Ağsudan deputat olmaq istəyib, amma ola bilməyib. Bəlkə, bunun acığını çıxır, bilmirəm. Əlinə fürsət düşüb, təhqir edir. Təəssüf edirəm, mən partiya sədrliyindən gedəndən sonra rahatlıq axtarırdım, amma başıma belə narahatlıqlar gətirirlər. Deyir ki, 2020-ci ildə guya Prezident Administrasiyasında neçənci mərtəbəyə çıxmışam. Həmin vaxt kim vəzifədə olub. Ramiz Mehdiyev olmayıb. Ağsudan da heç kim vəzifədə olmayıb. O adamın adını deməyən şərəfsizdir. Desin, görək, kiminlə görüşmüşəm.
Məni xalqım seçib, həqiqətən səs verib, saxtakara ehtiyacım olmayıb. Dövlətim də, dövlət başçıları da bunu qəbul ediblər. Bu nə böhtandır üstümə atır? Görünür, tale belə qismət verib ki, bu cür düşmənlər mənə hücum etsinlər. Mənim heç kimin qarşısında gözükölgəliyim yoxdur. Çox təəssüf ki, ailəsinin şərəfini satanlar şaiyə yayırlar ki, Tahir partiyanı pulla satıb. Nə qədər alçaq olasan... Məni özlərinə bənzədirlər. Bu, mümkün olan variant deyil. Belə olsa, sakitcə kənarda dayanaram, deyərəm ki, partiya necə olur, olsun.
Mən çıxandan sonra partiyada ciddi narahatlıqlar yaşandı. Xoşuma gəlməyən müəyyən proseslər getdi. Mən səmimi qəlbdən Adəm bəyi (red.- VP sədri Adəm Bakuvini nəzərdə tutur) sədr görmək istədim. Hər şeyi danışmaq istəmirəm. Bilirəm ki, bütün məsələlər mənim üstümdə qurulub. Qol-qanadımı qırmaq, Vəhdəti - milli azadlıq hərəkatından on illərlə əzab-əziyyətlə qurduğumuz partiyanı dəyişmək... Belə şeylər məni ağrıdır. Amma bu gün də istəyirəm ki, partiya sədrinə kömək edim. Nəyə görə əvəzində bu münasibətləri görürəm, bilinmir. Heç bilmirik, Adəm İsmayılın müşavirləri harada qeydiyyatdan keçirlər. Ştat cədvəlini də Baş Məclis təsdiq etmədi. Bilmirəm, necə edim. Heç bir iclas keçirilmir. Bir nəfər belə müavin, iş yoxdur. Həmişə demişəm ki, kimi istəyirsən, vəzifəyə təyin et, amma ştat cədvəlini təsdiq edək, Siyasi Şura iclaslar keçirsin, partiya öz mahiyyətini dəyişməsin. Bəli, biz dövlətimizi, Prezidentimizi müdafiə edirik. Buna şübhə yoxdur. Nədənsə şübhə yaratmaq istəyirlər ki, guya Tahir sədrlikdən çıxandan sonra hökümətə qarşı gedir. Nəsə etmək istəyirlər. Təkcə mənim yox, ailəmin də lazım olmayan söhbətlərdə adı çəkilir. Bunu Cümşüd vasitəsilə etdilər. Bu adamlar yenə mənə qarşı qoymağa yerlimi tapıblar ki, camaat bizə gülsün. Vaxtilə partiya parçalananda da yerlilərimdən mənə qarşı istifadə etdilər. Deyəsən, bu, klassik metoddur. Bu gün də mən partiya sədrinə kömək etmək istəyirəm. Amma nəinki mənə, digərlərinə də əməkhaqqı ödənilməyib. Bildiyiniz kimi, partiya dövlətdən maliyyələşmir. Bilmirəm, Adəm müəllim, bəlkə, çətinlik çəkir. Maliyyə ilə bağlı söz-söhbət hamısı böhtandır. Siyasi, ideoloji cəhətdən sıxışdırıldığımı, əldə etdiklərimizin üstündən xətt çəkilməsi xəttini açıq duyuram".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi