"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
14-11-2025 [11:46]
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb.
Məlumata görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tərəfin vəsatəti əsasında məhkəməyə çağırılan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva da iştirak edib.
Belə ki, təqsirləndirilənin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun Emil Səməndərov haqqında dediklərindən sitat gətirərək sözügedən məsələnin təhqir olmadığını deyib və bu barədə mütəxəssisin fikrini soruşub.
Zərərçəkənin vəkili Asim Abbasov sualın manipulyativ xarakterli olduğunu deyərək etiraz edib.
Mütəxəssis fikrini bildirməmişdən əvvəl təqsirləndirilən İsfəndiyar Axundov ona söz verilməsi üçün icazə istəyib. Belə ki, o, həmin vaxt əsəblərinin yerində olmadığını və pis həddə çatdığını deyib:
"Həmin vaxt mənə çoxlu şikayətlər gəlirdi. Biri qazi, biri şəhid ailəsi idi. Hamısı narazı idi, ona görə də əsəbləşib bir iki cümlə nəsə demişəm. Möhtərəm hakim, mən sizdən narazıyam, 75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiniz. Yaşımla əlaqədar hiddətlənib bir iki cümlə demişəm, ona görə də mənə belə əziyyət verirsiniz".
Sonra ekspert məsələ ilə bağlı öz rəyini verib. Belə ki, o, sorğuda üç sual olduğunu bildirərək onların hər birini tədqiq etdiyini deyib:
"Pul yemək frazeoloji birləşmədir, ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. Yeyinti sözü məcazi mənada, oğurlamaq, israf etmək mənasında işlənir. İstənilən söz yerinə görə təhqir hesab oluna bilər. Lakin bu o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqirdir. Bizə təqdim olunan sözləri linqivistik baxımdan təhqir yox, tənqid hesab etmək olar".
Zərərçəkənin vəkili Asim Abbasov ekspertin rəyinə etiraz edib. O, ekspertin qərəzli olduğunu bildirib.
Vəkil ekspertdən İsfəndiyar Axundovun Emil Səməndərova qarşı işlətdiyi "Şərəfi və layəqəti olan adam şəhid, qazi ailəsini aldadarmı?" ifadəsinin təhqir olub-olmadığını soruşub.
Ekspert Nəzakət Qaziyeva deyib ki, sözügedən ifadənin təhqir hesab olunması üçün konkret adama yönəldilməlidir. Onun sözlərinə görə, İsfəndiyar Axundovun işlətdiyi bu söz konkret adama yönəldilməyib.
"Burada siz və mən olsaq, desəm ki, şərəfi, ləyaqəti olan ekspert belə etməz, bunu təhqir kimi qəbul edərsinizmi?", - vəkil Asim Abbasov ekspertdən soruşub.
Ekspert Nəzakət Qaziyeva isə bu sözü öz üzərinə götürməyəcəyini bildirib.
Hakim ekspertə prosesdə söylədiklərini növbəti iclasda rəy formasında məhkəməyə təqdim etməsi üçün ona videomaterialların təqdim olunmasına qərar verib.
Vəkil Asim Abbasov buna etiraz edib. O deyib ki, məsələni aydınlaşdırmaq üçün birinci rəyi verən ekspert çağırılmalı, onların ikisini də dinləyib məhkəmə yekun qənaətə gəlməlidir.
Hakim həmin vəsatətin baxılmamış saxlanıldığını, lazım olduqda baxılacağını xatırladıb.
Proses mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün noyabrın 20-dək təxirə salınıb.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi