10-09-2014 [13:30]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı bu vəzifəyə təyin edildikdən sonra əməlli-başlı hərəkətliliklə diqqəti çəkir. Ard-arda müxtəlif bölgələrdə toplantılar keçirir, tez-tez insanların ürəyincə olan açıqlamalar verir və icraatlara imza atır. Bütün bunlar isə təbii ki, təqdir edilməklə bərabər bəzən də tənqidlərə, yaxud da müəyyən manipulyasiyalara yol açır. Bununla belə anlaşılan odur ki, hörmətli Qurbanlının fəaliyyəti ölkədə ciddi şəkildə bəyənilir və özəlliklə də tövsiyələri diqqətə alınır.
Mübariz Qurbanlının ictimai
rəyə ötürdüyü məsələlərdən biri də yas məclislərindəki israfçılığın aradan
qaldırılması təklifi idi. Son günlər baş verənlər göstərir ki, insanlar bu
təklifi can-başla qəbul edib yerinə yetirirlər. Deməli, bir dövlət rəsmisinin azacıq
təşəbbüsü belə bəs edər ki, bu ölkədə illərlə yığılıb qalmış ən adi problemləri
belə həll etmək olsun.
Yas mərasimlərinin ardından toylardakı israfçılığın da aradan qaldırılması üçün təkliflər səslənir. Şəxsən mən bu təklifi də dəstəkləyirəm. Başa düşürəm ki, toylar yaslardan fərqli olaraq yeyib-içmək məclisidir. Amma yenə də şəxsi müşahidələrimiz göstərir ki, bu məclislər də özünün hədsiz israfçılığıyla diqqət çəkir. İsrafçılıq isə istər dində, istərsə də ümumiyyətlə yanlışdır, günahdır. Hələ nəzərə alsaq ki, biriləri toyda ölənədək yediyi halda dünyanın hər tərəfində, lap elə toyxananın on addımlığında kimsə acından qan qusur. Belə olan halda yaxşı olmazmı ki, boşuna israf edilən ərzaq təyinatı üzrə ehtiyacı olanlara çatdırılsın? Olar məncə.
Bu arada qardaş Qırğızıstandan maraqlı bir izlənimi paylaşmaq istərdim. Onlarda da toylar bizdəki ki, təmtəraqlı və bol yemək çeşidlərilə diqqət çəkir. Amma bizdən fərqli olaraq qırğızlar artıq qalan yeməkləri atmırlar. Qonaqlara hədiyyə edirlər. Bəli, bəli, məhz qonaqlara hədiyyə edirlər. Toy, məclis bitmək üzrəykən xidmətçilər bütün masaların üzərinə boş torbalar qoyur. Yəni hər kəs mütləq masanın üstündə qalan yeməklərdən götürüb evinə aparsın deyə. Özü də bunu etməyənlərdən toy sahibi inciyə bilər. Beləcə toydan artıq qalan ərzaq da atılmış olmur, təyinatı üzrə sərf edilir. Deyirəm, Azərbaycanda da toylardakı israfçılığın qarşısını almaq üçün ilk addım buna bənzər ola bilər. Düzdür, insanlarımız ilk dönəmdə buna o qədər də sıcaq yanaşmayacaq, amma sonra öyrəşəcəklər.
Toy məsələsindən qayıdaq din məsələsinə. Yuxarıda da qeyd etdiyim kimi yas məclislərindəki israfçılığın qarşısının alınması üçün atılan addımları təqdir edirəm. Amma bu məclislərdəkindən daha artıq israfçılığın olduğu bir məsələ də var dinimizdə. Həcc məsələsini deyirəm. Bu həcc 1400 il öncə müqəddəs dinimizin ən zəruri vacibatlarından biri kimi elan edilib və günümüzə qədər hər bir müsəlman üçün mütləqdir. Daha doğrusu imkanlar çərçivəsində mütləqdir. Bununla işim yoxdur təbii. Nə Allaha, nə də sonuncu peyğəmbər Məhəmmədə (s.a.s.) qarşı heç bir iddiam ola bilməz. Təbii ki, İslamın müqəddəs kitabı, dinimiz nə buyurubsa, yerinə yetirilməlidir. Amma... Burada bir əmma olmasaydı.
Həccin gerçəkləşdiyi müqəddəs Məkkə şəhəri Səudiyyə Ərəbistanında yerləşir. Yəni hacı olmaq üçün Qurban bayramı ərəfəsində buranı ziyarət edib şeytana daş atmalı və qurban kəsməlisən ki, müsəlmanlığın ən vacib tələbini tam yerinə yetirmiş olasan. Bunun üçün hər il dünyadan milyonlarla insan Məkkəni ziyarət edir. Özü də bu ziyarət havayı başa gəlmir. Ölkəsindən, uzaqlığından asılı olaraq insanlar minlərlə manat həcmində vəsait xərcləməli olurlar ki, hacı adını qazansınlar. Bir əməli saleh müsəlmanın hacı olmaq istəyi qədər təbii bir şey ola bilməz və biz həccə gedənləri heç də gözümçıxdıya salmaq fikrində deyilik. Toxunmaq istədiyimiz məsələ tamam başqadır.
Bəli, milyonlarla müsəlman hər il həccə gedir. Və getdikləri ölkəyə - Səudiyyə Ərəbistanına milyardlarla fayda verir. Bəli, məhz fayda verir! Hətta Azərbaycan kimi bir milyon qaçqın-köçkünü olan ölkənin müsəlmanları da bunu edir. Hər il ölkəmizdən 5-6 min nəfər hacı olmaq üçün pulunu xərcləyir. Bu pulun miqdarı isə kobud hesablamalara görə hər il 20-25 milyon manat deməkdir. İndi təsəvvür edin ki, hər ölkədən bu qədər pul xərclənir. Hətta elə böyük ölkələr var ki, onlardan həcc üçün daha artıq insan gedir. Və nəticədə təkcə 2013-cü ildə bütün dünyadan 2 milyona yaxın insan həccə gedib. Bunu pula çevirəndə Azərbaycan ortalamasıyla 8 milyard manat edir. Yaxud da daha öncəki 3 il ərzində hər il 3 milyon olmaqla 9 milyon zəvvar hacı olub. Bu isə üst-üstə 36 milyard manat edir. Buradan aşağı-yuxarı 6 milyardı yol xərclərinə çıxsaq yerdə qalan 30 milyard manat Səudiyyənin qazancıdır.
Yəqin hər kəs həcc ziyarətinin son günü kəsilən qurbanlarla bağlı kadrları izləmiş olar. Milyonlarla qoyun, dəvə qurban kəsilir. Və deyilir ki, bu qurban ətləri dünyanın hər tərəfində ehtiyacı olan insanlara paylanacaq. Heç gördünüzmü nə vaxtsa o ətlərdən bir parça belə Azərbaycana göndərilsin? Düzdür, Azərbaycan insanları dövlətin qayğısıyla əhatə olunub. Amma heç olmasa təbliğat üçün də olsa bir milyon qaçqın-köçkünü olan ölkəyə də qurbanlıq ətdən pay göndərmək olardı, deyilmi?
Bütün bunları deməkdə məqsədim heç də İslamın ən vacib tələbini gözdən salmaq deyil. Şəxsən düşünürəm ki, hər bir müsəlmanın qəlbində həcc ziyarəti istəyi olmalıdır. Amma bu ziyarət dini vacibat olmaqdan çıxıb vahabilik kimi zərərli bir təriqətə rəsmən dəstək verən Səudiyyə Ərəbistanı üçün əlavə qazanc mənbəyidirsə, məncə, həcdən imtina edilməlidir. Bəli, əməli saleh, özü dürüst və həqiqətən Allaha bağlı olan müsəlmanlar həccə xərcləyəcəkləri pulu ətraflarında olan kasıb-kusuba, yetim-yesirə paylasalar, vallah, daha çox savab qazanmış olarlar. Yoxsa baxırsan ki, hər cür haramzadalıq edən də qalxıb həccə gedir, ordan hacı kimi qayıdır və yenə də haram əməllərini davam etdirir. Bəs Allah bunu görmür? Niyə bunların cəzası verilmir? Demirəm ki, hamısının, heç olmasa bircəciyinin cəzasının verildiyini görmüsünüzmü? Allaha üsyan kimi olmasın, amma hər şeyin də bir həddi var axı. Hələ bu "hacı”ları bir kənara qoyaq, başı eyş-işrətdən, kef məclislərindən açılmayan Səudiyyə şeyxlərinə niyə pul xərcləməlidir düzgün müsəlmanlar? Sən ürəyində müqəddəs bir amalla həccə gedirsən, ordakı lotu şeyxlər də düz 1400 yüz ildir ki, sənin o müqəddəs amalların üçün xərclədiyin pullar hesabına namuslu müsəlman qızlarını əndamı açıq şəkildə rəqs elətdirməkdən başqa bir iş görmürlər! İndi biz pulumuzu bu lotulara xərcləməliyikmi?
Üstəlik nəzərə alaq ki,
Səudiyyə Ərəbistanı vahabiliyin arxasındadır və həccə gedənlərin xərclədiyi, bu
dövlətin büdcəsinə daxil olan pullar həm də bizə qarşı olan təriqətə xərclənir.
Qısa desək, Azərbaycandan bir həqiqi və ya yalançı müsəlman həccə gedir, pulunu
xərcləyir, həmin pul da Səudiyyə Ərəbistanı vasitəsilə elə Azərbaycandakı
zərərli vahabilərə qayıdır. Onlar da insanlarımıza cəhalət aşılayır, cəmiyyəti
qorxu altında tutur. Belə olan halda həccə getmək nə qədər doğrudur? Məncə,
doğru deyil. Ona görə də özünü həqiqi müsəlman sayanları həcdən imtinaya
səsləyirəm. Getməyin həccə! Zatən müqəddəs kitabımız Qurani Kərim də deyir ki,
əgər ətrafınızdakı insanlar acdır, imkansızdırsa, pulunuzu onlara xərcləyin,
artıq qalsa həccə gedin. Yəni dinimiz bu qədər ədalətli və gözəl bir tələbə
sahibkən pulumuzu niyə aparıb lotu ərəb şeyxlərinə yedirməliyik? Ona görə də
bugünlərdə bir açıqlama yazmışdım ki, heç vaxt həccə getmək istəyim olmayıb və
olmayacaq da. Mən əməllərimdə dürüst olum, ədalətsizlikdən kənar davranım,
içimdə insan sevgisi olsun, bu, min dəfə həccə getməkdən daha üstündür. Yoxsa
sən həccə get, pulunu ərəb lotularına, terroru dəstəkləyən dövlətə yedir,
qonşun acından qan qussun, bu, İslam deyil! Sözümün canı odur ki, həccə
xərcləyəcəyi pulları ətrafındakı ehtiyac sahiblərinə xərcləyənlər daha çox
savab qazanar, nəinki o pulları ərəb lotularına yedirənlər.
Azər HƏSRƏT,
Mətbuat Şurası İH üzvü
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi