"Məktəb bazarı"nda "od tutan qiymət"lər - SİYAHI

img

10-09-2014 [12:23]


Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Məktəblilər üçün alış-verişin indi ən qızğın vaxtıdır. 

Məktəbə hazırlığın neçəyə başa gəldiyini müəyyən etmək üçün həm topdan satış, həm də şəhərin mərkəzindəki pərakəndə satış mağazalarına baş çəkdik. 

Keçən illə müqayisədə məktəbli geyimlərində və ləvazimatların qiymətində elə də böyük dəyişiklik olmasa da, cüzi dəyişiklik müşahidə edilir. 

Köynəklər, ətəklər, şalvarlar 10-15 manat, ayaqqabılar 20-40 manat arasıdır. Tikiş Fabrikinin məktəbli formaları isə 40 -50 manat arasında satılır.

Məktəblilər üçün vacib olan ləvazimatlardan biri çantadır. Sədərək Ticarət Mərkəzində Dubaydan gətirilən çantalar 10-15 manat arası, Türkiyə istehsalı olanlar 35-40 manat arasında dəyişirsə, mərkəzdə yerləşən mağazalarda qiymətlər daha yüksəkdir. Dubay çantaları 15-20, Türkiyə istehsalı olan çantalar isə 45-50 manatadır.

Digər ləvazimatların qiyməti isə aşağıdakı kimidir;

12 vərəqli dəftər - 10 qəpik
40 vərəqlı dəftər - 40 - 80 qəpik 
100 vərəqli dəftər 50, 80 qəpik,1 manat
Rəngli qələmlər 1 - 4 manat
Rəsm albomu - 40 qəpikdən – 2 manata qədər
Pozan 20 qəpik -1 manat
Xəttkeş 20 qəpik - 2 manat
Qələm qabı 2- 5 manat 
Su qabı 2-6 manatdır

Bundan əlavə test kitabçaları, əlavə vəsaitlərin də xərci ayrıdır. Məhsulların qiyməti çeşidləri və keyfiyyətindən asılı olaraq dəyişir. Orta hesabla bir uşağı dərsə yola salmaq üçün valideynlər ən azı 150 manat xərc çəkməlidirlər. Yəni bir nəfərin işlədiyi orta statistik ailədə 3 uşağı yola salmaq üçün ailənin bir aylıq maaşı məktəb ləvazimatlarına sərf edilməlidir.
ANS PRESS, Şahnaz Tağıyeva 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA