İcra başçısının halı pisləşdi, təcili Bakıya gətirildi

img

10-09-2014 [12:15]



Astaranın icra başçısı Qəzənfər Ağayevin dünən günorta saatlarında iş yerində halı qəfil pisləşib. Yüksək qan təzyiqi diaqnozu ilə əvvəlcə rayon xəstəxanasına gətirilən başçı, ardından təcili olaraq Bakıya gətirlib. Bu barədə redaksiyamıza rayondakı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Ağayevin səhhəti hazırda normaldır və o, Mərkəzi Klinik Xəstəxanada həkim müayinəsi altında saxlanılır. Onun belə bir vəziyyətə düşməsinin səbəbi konkret məlum deyil. Ehtimal olunur ki, Astaranın icra başçısı keçirdiyi toplantıda bərk əsəbiləşib və bu səbəbdən də qan təzyiqi artıb. Bəzi iddialara görə isə Qəzənfər Ağayevin səhhətinin pisləşməsi Bakıdan aldığı zənglə bağlı olub. Bu zəngin hansı mahiyyət daşıdığı da bəlli deyil. (jam.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA