"Bandotdel" baş redaktoru hədələyən şəxsi müəyyənləşdirdi - Açıqlama

img

09-09-2014 [17:23]


Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mubarizə İdarəsi PİA.AZ-ın baş redaktoru və redaksiya kollektivini SMS yazaraq hədələyən və təhdid edən şəxsi müəyyən edib.

Bu barədə MİA.AZ-a «Poliqon» İnformasiya Agentliynin baş redaktoru Azər Qaramanlı bildirib. Azər Qaramanlının sözlərinə görə bu gün Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mubarizə İdarəsindən redaksiyaya zəng gəlib. İdarədən bildiriblər ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət əsasında Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mubarizə İdarəsində araşdırılma aparılıb. Məlum olub ki, PİA.AZ-ın redaksyiasına təhqiramiz və təhdidedici sms-i Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri Əbülfət Qasımovun 14 yaşlı nəvəsi imiş. Belə ki, araşdırma nəticəsində məlum olub ki, Əbülfət Qasımovun nəvəsi babası haqqında saytda məlumatı oxuduqdan sonra bu sms-i yazdığı iddia olunur.

Poliqon» İnformasiya Agentliynin baş redaktoru Azər Qaramanlı MİA.AZ-a bildirib ki, o, həmin sms-in bir uşar tərəfindən yazıldığına inanmır:

«Dünən axşam saatlarında 051 749 33 33 nömrəli telefondan bizə yeni sms daxil oldu. Mesajı yazan şəxs daha əvvəlki  mesajına görə üzr istəyir və bildirirdi ki, onun 13 yaşı var. Biz13 yaşlı bir yeniyetmənin üzrünü yetərli hesab  etmirik. Hesab edirik ki, 051 749 33 33 nömrənin kimin adına qeydiyyatda olunduğu açıqlanmalıdır. Bu şəffaflıq üçün vacibdir. Digər tərəfdən hesab edirik ki, Agcabədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzin müdiri Əbülfət Qasımov rəsmi qaydada Agentliyimizdən və redaksiya heyətindən üzr istəməlidir. Əgər araşdırma zamanı sübut olunsa ki, mesajı yazan doğurdan da 13 yaşlı yenyetmədir, biz bu yeniyetməyə qarşı məhkəməyə müraciət etməyəcəyik».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA