09-09-2014 [17:03]
AXCP son günlərin səs-küy doğuran repressiv addımları ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
"Son günlərdə Azərbaycanda hakimiyyətə müxalif mövqeli siyasi və ictimai xadimlərə qarşı ağılasığmaz qanunsuzluqlar baş verib.
Azərbaycan Ziyalılar Birliyinin sədri və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev facebookda yazdığı bir qeydə görə daxili işlər naziri Ramil Usubovun iddiası əsasında məhkəməyə çəkilib;
AXCP mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Natiq Ədilov uşağını müalicə üçün Gürcüstana aparmaq istəyərkən, heç bir əsas olmadan sərhəddə saxlanılaraq geri qaytarılıb;
Həbs edilmiş hüquq müdafiəçisi Leyla Yunus təcridxanada onunla bir kameraya salınan dəfələrlə məhkum edilmiş bir qadının hücumuna məruz qalıb və bundan şikayət etdiyi üçün təcridxana rəhbərliyi ona töhmət elan edib;
Həbsdə olan başqa bir hüquq müdafiəçisi, tanınmış hüquqşünas İntiqam Əliyevin hətta vəkilləri ilə də yazışmalarına imkan verilmir, ondan qeydlərini senzuradan keçmək üçün təcridxana rəhbərliyinə təqdim etməsi tələb olunur;
Vaxtilə Azərbaycanın gənc siyasi fəallarından biri olmuş, hazırda isə ABŞ-da yaşayan və bu ölkənin vətəndaşı olan Səid Nuri Azərbaycandan buraxılmır.
AXCP bu halların hər birinin qanunsuz olduğunu bir daha vurğulayaraq, baş verənləri ölkədə müxalif qüvvələrə, hakimiyyətin tənqidçilərinə qarşı repressiyanın tərkib hissəsi sayır. Bu addımların içərisində Azərbaycanda demokratikləşmə tələb edən Qərblə konfrantasiyanı düşünülmüş şəkildə dərinləşdirmək elementləri də görünür.
Azərbaycanın nüfuzlu ziyalılarından biri, tanınmış kinodramaturq Eldəniz Quliyevi daxili işlər nazirinin şəxsən məhkəməyə verərək həbs etdirmək istəyi, əlbəttə ki, onun sərt və prinsipial müxalifətçi mövqeyi ilə bağlıdır. Onun sosial şəbəkədə yazdığı bir qeydə görə əsassız şəkildə məhkəməyə çəkilməsi ölkədə söz azadlğına təhlükənin hansı həddə olduğunu göstərir. Bu məhkəmə iddiasının arxasında bilavasitə bir nazirin durması isə ölkədə söz azadlığını tamamilə boğmaq istəyinin dövlət siyasəti olduğunu təsdiqləyir.
Natiq Ədilovun hər hansı əsas olmadan ölkədən çıxışının yasaqlanması hakimiyyətin onunla bağlı qara niyyətlərindən xəbər verir. Natiq Ədilov özünü siyasi mövqe və fəaliyyəti, jurnalist kimi tənqidi çıxışları, xüsusən də "Azərbaycan saatı” televiziya proqramının ərsəyə gəlməsindəki roluna görə hədəf alınıb. Bir müddət əvvəl ona xəbərdarlıq kimi qardaşı Murad Ədilov şərlənərək həbs olunub. Lakin görünən budur ki, hakimiyyət Natiq Ədilovun bilavasitə özünü də təhdid və həbs təhlükəsi altında saxlamağa qərar verib.
Eyni qaydada daha bir təqib tədbiri artıq ABŞ vətəndaşı olan keçmiş gənc fəal Səid Nuriyə qarşı planlaşdırılır. Siyasi sığınacaq aldığı ABŞ-ın 2012-ci ildən vətəndaşı olan Səid Nuri Azərbaycana xəstə atasına baş çəkmək üçün bir neçə günlüyə viza ilə gəlib, lakin geri qayıtmaq istəyərkən onu hansısa istintaq hərəkətində iştirak zəruriliyi ilə əsaslandıraraq, ölkədən buraxmayıblar. Bu, artıq hakimiyyətə müxalif mövqeyi ilə tanınan azərbaycanlıların repressiya maşınından keçirilməsi deyil, həm də beynəlxalq normalara tüpürmək, demokratik dünyaya meydan oxumaqdır.
Hüquq müdafiəçisi Leyla Yunusa qarşı təcridxanada təşkil olunan təxribat isə ayrıca hiddət doğuran iyrənclikdir. Səhhətində ciddi problemləri olan ziyalı bir xanımı dəfələrlə məhkum olunmuş şəxslə eyni kamerada saxlamaq, bir residivistin əli ilə mənəvi-psixoloji işgəncəyə məruz qoymaq onun həyatına bilərəkdən təhlükə yaratmaqdır. Hakimiyyət dərk etməlidir ki, Leyla Yunusun belə münasibət üzündən başına gələ biləcək istənilən xoşagəlməz hadisəyə görə birbaşa məsuliyyət daşıyır və cavab verməli olacaq.
Eyni zamanda görkəmli hüquqşünas İntiqam Əliyevin məktublarına senzura tətbiqi və vəkililə konfidensial ünsiyyət hüququnun əlindən alınması da təcridxana şəraitində ona mənəvi-psixoloji təzyiqdən başqa bir şey deyil.
Həm Leyla Yunusa, həm də İntiqam Əliyevə qarşı təcridxanada olan münasibət hakimiyyətin öz vətəndaşlarına necə düşmən münasibət bəslədiyini göstərir. Hakimiyyət bununla öz cılızlığını, ona müxalif olan ictimaiyyət xadimləri ilə hətta həbsxanada da ədavət apardığını ortaya qoyur.
AXCP cəmiyyətdə qorxunu gücləndirmək üçün düşünülən bu addımların hər birini qətiyyətlə pisləyir və hakimiyyəti belə davranışlardan əl çəkməyə çağırır. AXCP bəyan edir ki, bu addımların hakimiyyət üçün heç bir səmərəli nəticəsi ola bilməz. Belə aşkar qanunsuzluqlarla müşaiyət olunan utancverici hərəkətlər Azərbaycanda etiraz potensialını boğa bilməyəcək, əksinə hakimiyyətə qarşı ictimai nifrət və qəzəbi artıracaq, üstəlik onsuz da güclənən beynəlxalq təzyiqin miqyasını böyüdəcək.
AXCP tələb edir ki, Eldəniz Quliyevə qarşı başlanmış məhkəmə işinə xitam verilsin, Leyla Yunus və İntiqam Əliyevə qarşı təcridxanada təşkil olunan mənəvi-psixoloji işgəncələrə son qoyulsun, Natiq Ədilovun və Səid Nurinin sərbəst hərəkət hüququ bərpa olunsun.
AXCP burada adları çəkilən, eləcə də hüquq pozulan bütün başqa insanlarımızı bundan sonra da müdafiəsiz qoymayacağını bəyan edir. Partiya qətiyyətlə bildirir ki, hakimiyyətin repressiyalarla ölkədə diktatura rejimi qurmaq istəyinin qarşısında bundan sonra da möhkəm sipər olacaq, bu siyasətin iflasa uğraması üçün əlindən gələni edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi