AzTV sədri vertolyot almaq istəyirmiş: "Burada ayda 6-7 min manat alan müxbirlər var" - "Müxbirin birinə 500, digərinə 3000 manat..."
05-11-2025 [11:59]
Hesablama Palatasının "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də keçirdiyi auditin nəticələrini açıqlaması ictimai diqqəti qurumun rəhbəri Rövşən Məmmədovun üzərinə yönləndirib.
Auditin nəticələrinin AzTV sədri üçün "əcəl zəngi" ola biləcəyini düşünənlər az deyil.
Hazırda mətbuatı ən çox bu sual düşündürür: Rövşən Məmmədov niyə "vurulur"?
Qeyd edək ki, Hesablama Palatasının dövlət televiziyasında audit keçirməsi müxtəlif səbəblərlə əlaqələndirilir.
AzTV-nin fəaliyyəti ictimai əhəmiyyət kəsb etdiyi üçün bütün mülahizələr maraqla qarşılanır.
Mia.az-ın məlumatına əsasən, Metbuat.az AzTV sədrinin "vurulmasının" əsl səbəbini öyrənə bilib. Məlum olub ki, Rövşən Məmmədov əməkdaşlar arasında ayrıseçkilik etdiyi, eyni işi görən müxbirin birinə 500, digərinə 3000 manat qonorar yazdığı üçün onun fəaliyyətindən narazılıq pik həddə çatıb.
"AZTV-də ayda 6-7 min manat qonorar alan müxbirlər var. Bu cür yüksək qazanc əldə etmək üçün mütləq Rövşən müəllimin müəyyənləşdirdiyi "sevimlilər" kateqoriyasına daxil olmalısan", - deyə məlumatlı şəxs bildirib.
Mənbə deyib ki, Rövşən Məmmədovun AzTV üçün vertolyot almaq istəməsi onun "qara siyahı"ya düşməsi ilə nəticələnib. Hakimiyyətin yuxarı eşelonunda AzTV sədrinin bu niyyətindən xəbər tutanda onu sərt tənqid ediblər. Sədr vertolyotu çəkiliş prosesini daha rahat təşkil etmək üçün almaq istədiyini desə də, bu arqument ciddi qəbul olunmayıb və onun bu hərəkəti "özbaşınalığın son həddi" kimi qiymətləndirilib.
Məlumatda o da qeyd olunur ki, çəkilişləri ekstremal situasiyalarda belə cəmi 2 min manat qiyməti olan dron vasitəsilə tam təhlükəsiz şəraitdə həyata keçirmək mümkündür. Hazırda AzTV-də bu texnikadan istifadə olunur.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi