Təhsil Nazirliyindən şagirdlərə telefon qadağası ilə bağlı - Açıqlama

img

09-09-2014 [15:39]


Təhsil Nazirliyi məktəblərdə şagirdlərə qoyulan telefon qadağası ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Mia.az-a Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib.

Tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi yolverilməzdir. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır.

Qeyd edək ki, bu gün azvison.az saytında orta məktəblərdə şagirdlərin mobil telefon işlətməsinə qadağa qoyulması ilə bağlı məlumat yayımlanmışdı. Məlumatda qeyd olunurdu ki, bununla bağlıTəhsil Nazirliyi tərəfindən orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA