Sabah havalar necə olacaq?

img

09-09-2014 [13:45]


Havanın temperaturu enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında sentyabrın 10-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA