Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər - TƏHLİL
03-11-2025 [16:14]
ABŞ Prezidenti Donald Trampın son açıqlamaları yenidən qlobal siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. O, bir daha NATO ölkələrinin müdafiə xərclərini artırmamasını tənqid edib. Tramp hətta bu səbəbdən İspaniyanın Alyansdan çıxarılmasının vacibliyindən danışıb.
Trampın, “İspaniya kifayət qədər yüksək hərbi xərclər ayırmır, bəlkə də onları NATO-dan qovmaq lazımdır”, – fikri, əslində, ABŞ-ın uzun illərdir daşıdığı ağır hərbi yükə qarşı etirazdır. ABŞ onilliklərdir Avropanın təhlükəsizliyini təmin edən əsas qüvvə kimi çıxış edir. Vaşinqtonun hərbi büdcəsi və qlobal resursları, NATO-nun fəaliyyətinin dayanıqlılığını təmin edən əsas dayaqlardandır. Lakin bu, həm də ABŞ üçün ciddi iqtisadi və siyasi yükdür. Avropa ölkələri uzun illərdir öz təhlükəsizliklərini təmin etməkdə Vaşinqtona həddən artıq güvəniblər, nəticədə isə hərbi baxımdan ondan asılı vəziyyətə düşüblər.
Trampın hazırkı ritorikası, bir tərəfdən, bu asılılığı azaltmağa, digər tərəfdən, Avropanı daha məsuliyyətli mövqeyə gətirməyə hesablanıb. O, NATO-nun kollektiv müdafiə mexanizminin ədalətli şəkildə bölüşdürülməsini istəyir. ABŞ hər il Alyansın ümumi hərbi xərclərinin yarıdan çoxunu təkbaşına qarşılayır.
Donald Trampın mövqeyi təkcə NATO ilə də məhdudlaşmır. Onun təhlükəsizlik və müdafiə xərcləri ilə bağlı tələbləri qlobal miqyasda eyni məntiqlə formalaşıb. Tramp dəfələrlə bildirib ki, ABŞ dünyanın “təhlükəsizlik sponsoru” olmamalıdır. O, eyni ritorikanı Yaponiya, Cənubi Koreya, kimi müttəfiq dövlətlərə qarşı da səsləndirib. Məsələn, Tramp bir neçə dəfə açıq şəkildə demişdi ki, ABŞ Yaponiyanı müdafiə edirsə, o ölkə də bunun əvəzində daha çox maliyyə öhdəliyi götürməlidir. Hətta Cənubi Koreyadan ABŞ-ın regiondakı hərbi bazalarının saxlanması üçün daha yüksək ödənişlər tələb etmişdi.
Bu yanaşma prinsipcə doğrudur, amma mövzunun təhlükəli tərəfi də var. Məsələn, Almaniya və Yaponiyanın silahlanması ideyası tarixi baxımdan risklidir. Bu ölkələr 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ordularını məhdudlaşdırmaq və hərbi xərcləri azaltmaq məcburiyyətində qalmışdılar. Həmin məhdudiyyətlər təsadüfi deyildi, çünki hər iki ölkə bir əsr ərzində iki dünya müharibəsinə səbəb olmuşdu və onların yenidən güclü hərbi qüvvəyə çevrilməsi qlobal təhlükəsizlik üçün həssas məsələdir.
İndi isə vəziyyət dəyişir. Trampın təzyiqləri və qlobal siyasi gərginlik fonunda həm Almaniya, həm də Yaponiya öz müdafiə büdcələrini artırmağa başlayıblar. Siyasi mühitdə isə sağçı, milli yönümlü qüvvələrin təsiri artır. Bu da o deməkdir ki, hərbi gücün artması təkcə müdafiə məqsədi daşımaya bilər. Tarix göstərib ki, iqtisadi yüksəliş və milli özünəinamın artdığı dövrlərdə bəzi dövlətlər müdafiə konsepsiyasını asanlıqla aqressiv siyasətə çevirə bilirlər.
Fikrimcə, Almaniya və Yaponiyanın silahlanması prosesi diqqətlə izlənilməlidir. Çünki bu, yalnız Vaşinqtonun yükünü azaltmaqla bitməyəcək. Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi