09-09-2014 [13:27]
Füzulidə buğda
istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına
verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üzrə seçmə üsulu ilə
aparılan monitorinqlər zamanı ayrılan vəsaitlərin ən azı 30-35 faizinin
mənimsənilməsi haqda ciddi şübhələrin olduğu haqda Mia.az xəbər verib.
Mia.az-a bu barədə Kənd
Təsərrüfatı Nazirliyindən adının çəkilməsini istəməyən şəxs tərəfindən verilən
məlumata görə, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbəri Əhməd
Əhmədzadənin və onun müavini Zakir Quliyevin himayəsi altında fəaliyyət göstərən icra başçısı Alı Alıyev «Aqrolizinq» ASC-nin Füzuli rayon şöbəsinə
ayrılmış texnikadan tutmuş, müxtəlif mənşəli gübrələrə qədər hər şeyə şəxsən
nəzarət etməklə yanaşı, şöbənin fəaliyyətini də iflic edib. İcra başçısı
bununla da yetinməyib, onun buğda əkini üçün ayrılmış subsidiyaların talan
edilməsinə zəmin yaradıb: «Alı Alıyev və onun aqrar məsələlər üzrə müavininin
rəhbərliyi ilə Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli
qərarı ilə yaradılmış Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli
qərarına uyğun olaraq, 2013-cü ilin payızında buğda istehsalçılarının maddi
marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə
dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətini əks
etdirən rəsmi sənədləri şişirdilmiş rəqəmlərlə nazirliyə təqdim ediblər. 01
dekabr 2013-cü ildə tərtib olunmuş həmin sənədlərin ilkin təftişi zamanı isə
Füzuli rayonunda ən azı 300 min manata yaxın büdcə vəsaitinin talan edildiyi və
ya rayon rəhbərliyi tərəfindən mənimsənilməsi istiqamətində ciddi şübhələr var. Füzuli
rayonunda seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə
yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o
cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı
ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və
buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti
hesabına yardım verilməsi Qaydaları"nın tələblərinə əməl olunmadığı
müəyyən edilib. Əgər bu sənədlər Baş Prokurorluğa təqdim olunarsa, Alı
Qocayevin 38 kənd və şəhərciklər üzrə icra nümayəndəsi və bələdiyyə sədrinin
bəzilərinin yolu prokurorluğun dəhlizlərinə düşə bilər».
Məlumatlı
şəxs deyir ki, araşdırma zamanı Füzulidə buğda istehsalçılarının siyahıya
alınmasını, hektarların müəyyənləşməsi proseslərini həyata keçirən icra
başçısının kəndlər üzrə icra nümayəndələrini və digər vəzifəli şəxsləri ciddi
rəqəm şişirtmələrinə yol veriblər: «Füzulidə 38
kənd və dövlət proqramına uyğun olaraq salınmış qəsəbələr daxil ərazi
komissiyaları üzrə 01 dekabr 2103-cü il tarixinə buğda səpini aparmış
istehsalçıların sayı və onlara verilən yardımın məbləğləri ilə bağlı rəsmi
sənədlərə diqqət edəndə görünür ki, icra nümayəndələrinin əliylə Alı Alıyev 725
min 360 manat 40 qəpiklik «əməliyyat» həyata keçirib. Hətta rayonda adına iri
məbləğdə yardım yazılmış elə kəndlər olub ki, orada adına pay torpağı olan şəxs
nəinki buğda səpini aparıb, ümumiyyətlə, digər "yardım paketi”nə daxil olan
heç bir məhsul əkməyib. Bundan əlavə, buğda əkini sahələrinin hektarları da
ciddi şəkildə artırılıb. Nəticədə isə prezident İlham Əliyevin kənd
təsərrüfatının inkişafını stimullaşdırmaq məqsədiylə ayırdığı vəsaitlərin bir
qismi mənimsənilib. Məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, rəsmi
statistikaya görə, yaşlı, uşaq daxil 124 min əhalisi olan rayonun 55038
nəfər sakini Bakı, Sumqayıt və respublikanın digər şəhər və rayonlarında
məcburi köçkün kimi müvəqqəti məskunlaşıb. Lakin Alı Alıyev və onun yerli icra
nümayəndələri Bakı və Sumqayıtda yaşayan və faktiki bu şəhərlərdə işləyənlərin
adlarına saxta hektarlar yazaraq, pul silməkdən çəkinməyiblər. Elə buna görə
də, icra başçısı Alı Alıyevin 18 min 134 hektar payızlıq buğda səpininə görə
rayona ayrılmış 725.360.40 manat pulun müqabilində rayonda nə qədər buğda
istehsal edilməsinin ört-basdır etməsi də səbəbsiz deyil…».
Alı Alıyev özünə o qədər aludə olub
əmindir ki, əkin sahələrinin və çoxillik əkmələrin
becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət
büdcəsinin vəsaiti hesabına hər hektara 40 manat məbləğində yardımın verilməsi
üçün 01 iyun 2014-cü il tarixinə tərtib olunan 200 nəfərlik siyahını da
şişirdilməsinə mane olmayıb: «Rayonun Qayıdış-4 qəsəbəsində 199 nəfərin adına
200 hektar taxıl və digər məhsulların əkildiyi yazılıb. Bununla da 8000 manat
vəsait Füzuliyə yönəldilib. Məsələnin ən maraqlı tərəfi odur ki, rəsmi
sənədlərdə «digər əkmələr» qrafası altında 112 hektar ərazidə nəyin, yəni hansı
bitkinin əkilməsi cəmiyyətə bəlli deyil. Ancaq bu qrafa altında 4480 manat
vəsait ayrı-ayrı fiziki şəxslərin adına yazılıb…».
Qeyd edək ki, həmin 199 nəfərin bütün
siyahısı Mia.az-a verilib.
Bu və ya digər məsələlərlə bağlı
təəssüf ki, qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb. Tərəfi də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi