Qafqaz və Alp dağları qara həsrət qalacaq - İnsan faktoru dünya böyük fəlakətə sürükləyir (ARAŞDIRMA)
03-11-2025 [00:09]
Qlobal istiləşmə buzlaqların sahəsini və həcmini sürətlə azaldır. Arıtq Qafqaz dağları və Avropadalı Alp dağları ilə bağlı həyəcan siqnalı verilir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hər iki zonadakı bütün fəsillərin qarlı dağlarının 2100-cü ilə qədər tamamilə buzsuz ola biləcəyi barədə xəbərdarlıqlar var.
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) məlumatına görə, qlobal istiləşmə səbəbindən dəniz və hava temperaturu yüksəlir. Böyük miqdarda şirin su saxlayan buzlaqlar bu səbəbdən sürətlə əriyir: "Dünyanın ən böyük buz örtüklərindən biri olan Antarktida hər il orta hesabla 135 milyard ton, Qrenlandiya isə təxminən 266 milyard ton buz itirir".
Sürix Federal Texnologiya İnstitutunun Mülki, Ətraf Mühit və Geomatika Mühəndisliyi kafedrasının müəllimi Matthias Huss isə deyir k, dünyanın buz təbəqələrindəki dəyişikliklərin əsas səbəbi insan faktoruna söykənən birbaşa iqlim şəraiti ilə əlaqəli olduğunu qeyd edərək, son əsrdə yaşanan dəyişikliklərin əsas səbəbinin daha çox insan fəaliyyətindən qaynaqlanan istiləşmə olduğunu bildirib: "Ümumiyyətlə, buzlaqların əhatə etdiyi ərazi 1850-ci illərdən başlayaraq, kiçilməyə, sənaye dövründnün daha sürətləndiyi 20-ci əsirdə isə daha aqressiv xarakter almağa başlayıb. O vaxtdan bəri buzlaqlar geri çəkilmə dövrünə qədəm qoyub və bu proses, xüsusən də son bir neçə onillikdə xeyli sürətlənib. İtki çox böyükdür. Son 20 ildə dünya miqyasında buzlaqlar 6000 kub kilometrdən çox buz itirib. Bu miqdar Qrenlandiya və Antarktidadakı nəhəng buz təbəqələrinin birləşdirilmiş həcmindən çoxdur və onların ümumi həcminin 5 faizinə bərabərdir. Təsəvvür edin ki, dünya miqyasında buzlaqların ərimə sürəti əvvəlki 10 illik dövrlə müqayisədə, daha dəqiqi, 2010-2020-ci illər arasında təxminən 36 faiz artıb...".
Hussin sözlərinə görə, son illər Avropadakı Alp dağları, Qafqaz və Qayalı dağları ən sürətli itkiyə məruz qalıb: "Alyaska və Pataqoniya kimi bölgələr də buz itkisi baxımından ən kritik vəziyyətdədir. Ümumiyyətlə, deyə bilərik ki, hazırda dünyadakı bütün buzlaqlar buz itirir. Hətta qeyd edilən dağlarda daimi, yəni, bütün fəsillərdə qarlı buzluqlar 2100-ci ilədək yoxa çıxacaq. Təəssüf ki, qlobal miqyasda mövcud buzların 26-41 faizinin 2100-cü ilə qədər yox olacağı proqnozlaşdırılır. Alimlərin araşdırması göstərir ki, Avropa Alp Alp və Qafqaz dağları bu sırada ilk yeri tutur. Bundan baqşa, 2100-cü ilə qədər dəniz səviyyəsinin ən azı 1 metr qalxması gözlənilir. Bu, sahil ərazilərində yaşayan milyardlarla insanı təhdid edəcək".
Sürixli alim deyir ki, bunun qarşısını almaq mümkündür: "Bunun üçün insan faktoru var və gərəkli radikal tədbirlərə əl atılmalıdır..."
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi