Əli Bağışın “Altı və Sıfır” adlı kitabı nəşr olunub - Qulu AĞSƏS YAZIR
31-10-2025 [18:27]
Bu günlərdə Əli Bağışın “Altı və Sıfır” adlı kitabı nəşr olunub.
Mia.az-ın məlumatına görə, “Mücrü” nəşriyyatında işıq üzü görən kitabın “Ön söz” müəllifi “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsdir.
4 bölümdən - “Kəlamlar”, “Publisistika”, “Nəsr” və “Şeirlər”dən ibarət olan kitabın naşiri Müşfiq Xan, redaktoru Hicran Hüseynova, korrektoru Şəfa Vəlidir.
Oxucular “Altı və Sıfır”da Əli Bağışın milli və dünyəvi hadisələrə-keçmiş, indi və gələcək hadisələrə idraki yanaşmasının şahidi olacaq, olmuşlara, olanlara və olacaqlara onun baxış bucağından baxa biləcəklər.
****
Qulu AĞSƏS YAZIR: “ALTI VƏ SIFIR”DAN SONRAKI EXTRA TİME (Əli Bağışın kitabına Ön söz olsun)
Hasarın üzərində yazılıb: “Narahatlığa görə üzr istəyirik”.
Altından da yad dildə: “Sorry for the inconvenience”.
Yapon yazıçısı Yasunari Kavabata deyirdi: “Fərqli dillərin yaranması bir qəbilənin digər qəbilədən öz sirlərini qorumaq istəyi ilə əlaqədardı”.
Hasarın üzərindəki elanda bir dil başqa dilə sirrini açır.
İkinci dili köməyə çağıran birinci dil hasarı ö üzə özü təkbaşına aşa bilmir.
Dünyasa hasarın o üzündədi. Və beləcə biz dünyaya çıxa bilmirik.
Fransız Jül Renarın remarkası: “Fransada oxucusunu tapmayan yazarlar özlərini sakitləşdirmək istəyəndə deyirlər ki, onları Almaniyada oxuyurlar...”
Bu yerdə Əli Bağışdan zəng gəlir.
İkimiz də eyni anda sözə başlayır, bərabər susuruq.
Xalq artisti Yalçın Adıgözəlovla bir məclisdəydik. Ağız deyəni qulaq eşitmirdi. Yalçın bəy cibindən bir siqar çıxardı. Hamı susdu. Elə bildik, əlindəki dirijor çubuğudu.
Əli Bağış mübahisəni sevir və həmişə haqlı çıxır. Onun “dirijor çubuğu” ayrıdı. Davanın şirin yerində votsapa bir “məcun” şəkli yollayır: “Sən heç bundan içmisən ömründə?”
Mən də ona “qədəhaltı” göndərirəm:
Nə xoş sabahdı,
saatıma qonan qar dənəciyi
dondurmaq istəyir vaxtı...
İkimizin də kefi durulur. Ayılıb görürük ki, bir kitablıq yazışmalarımız qalıb. Deyirəm, gəl belə eləyək, “Kəlamlar”ını ayrı bir qovluğa topla, at mənə.
O, uşaq təəccübüylə:
“Kəlam nəyə deyirsən?”
Mən redaktor inadıyla: “Haqlıyamsa, yanımda deyilsənsə, lənət olsun sənə, haqsızamsa, yanımdasansa, lənət olsun mənə”.
Görür ki, vəziyyət nəzarətdən çıxır, sabahacan möhlət umur və bir gün sonra növbəti sifariş alır: “Publisistikanı da poçtuma at!” Onu da göndərəndən sonra videozəng vurub ürəyimi üzümdən oxumaq istəyir. Yəni sənin fikrin nədi?
Stanislav Kurilovu köməyə çağırıram. 14 dekabr 1974-cü ildə sovet gəmisindən okeana atılan, 3 günə 100 km məsafə üzən “fövqəladəm”i.
Jurnalistlər ondan soruşanda ki, “bəs, okeandakı heyvanlardan qorxmadınız?”, nə desə yaxşıdı:
– Bir neçə saatdan sonra, elə bildim, mən də akulayam, delfinəm, balinayam...
Hiss edirəm, Əli Bağış onun yaradıcılığını izləməyimdən məmnun qalıb. Səhəri gün poçtumda təzə hekayə görürəm: “Dörd tabut” müharibədən yazılıb. Qarabağ savaşından. Onu çoxdan bir yol oxumuşdum. Yenə də hiss-həyəcanla gözdən keçirirəm.
Pəncərəni açıram ki, başımın tüstüsü evə dolmasın.
Bəni-Adəmin beş duyğu hissi var.
Yaradıcıların altı – intuisiya.
Bir hiss də var: məsuliyyət hissi.
Əli Bağış “Dörd tabut”un altına o hisslə girib.
Məsuliyyət hissiylə.
Qarabağ müharibəsindən çox hekayə yazılıb: Azərbaycanın və Ermənistanın gözü ilə.
Əli Bağış bu müharibəyə “üçüncü” ölkədən baxıb.
Məncə, müharibə Tanrının dünyanı insanın idarəsinə buraxdığı məqamdı.
Hə, insan, buyur görək, sən neynirsən?
İnsan bir-birini qanına batırıb.
Bu yaxınlarda məşhur kəşfiyyatçı Xanı minaya düşüb şəhid oldu. Savaş üçün doğulanların missiyası bitdi.
“Dörd tabut”un epiloquna inanaq:
“Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pıçıldadı:
– Siz türklərdə su aydınlıqdı. Bəlkə heç bir-birlərini öldürmədilər...”
Bu hekayədən sonra Əli Bağışın şeirlərinə bir də baxasıydım. Ehtiyac duymadım. Kitabdan oxuyaram.
Əli Bağışın yaxşı hesab verməyi var. Yazdıqları da hesabdı. Amma bu dəfə “çölə” yox, “içəri” verdiyi hesab...
P.S. Həmişə çalışıb ki, dostlarının başını uca eləsin. 60 yaşında ənənəni pozmaq istəyir: hamı başını aşağı salsın və bu kitabı oxusun...
P.P.S. “Altı və Sıfır” dörd fəsildi. “Kəlamlar” – yaz, “Publisistika” – yay, “Nəsr” – payızdı. “Şeirlər”sə... qış deyil...
4 oktyabr 2025
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi