Türkiyə mediası Mehriban Əliyevadan yazdı

img

09-09-2014 [12:07]


Türkiyə mətbuatı Heydər Əliyevin həyatından bəhs edən film haqqnda yazıb.

"Qafqazinfo” acunn.com-a istinadən xəbər verir ki, "İnsanları xilas etməyə gedirəm” adlı filmdə Heydər Əliyevin obrazını Proxor Dubravin, həyat yoldaşı Zərifə Əliyevanı isə Elena Padova canlandıracaq.

Azərbaycanda "İlin ən müvəffəqiyyətli və ən sevilən oyunçusu” mükafatına layiq görülən Saruhan Hünel də ölkənin siyasi tarixinin ən önəmli dövlət adamı Heydər Əliyevin həyatından bəhs edən filmin heyətinə daxil olub.

Xəbər verdiyimiz kimi, o, Əliyevin qayınatası Əziz Əliyevi canlandıracaq Hünel makyaj vasitəsilə yaşlandırılıb. Filmlə prezident İlham Əliyevin həyat yoldaşı, birinci xanım Mehriban Əliyevanın şəxsən maraqlandığı bildirilir. İl yarımdır çəkilişləri davam edən ekran işini Hollivuddan gələn xüsusi bir qrup montaj edərək tamamlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA