Vüqar Bayramov nazirlərin qeyri-rəsmi görüşündə çıxış edib

img

09-09-2014 [11:51]


Bu gün Bakıda Avropa Birliyi "Şərq Tərəfdaşlığı” Proqramına üzv olan ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü təşkil edilir. Tədbirə 5 ölkənin xarici işlər nazirləri ilə yanaşı, Avropa Birliyinin vitse-presidentinin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti qatılıb.

Rəsmi açılışdan sonra Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov regionda baş verən son dəyişikliklər ilə bağlı çıxış edib. Rusiya-Ukrayna münaqişəsini və eləcə də, regiondaki son durumu qiymətləndirən Vüqar Bayramov eyni zamanda Avropa Birliyi və "Şərq Tərəfdaşlığı” Proqramına üzv olan hökumətləri vətəndaş cəmiyyətinin inkişafını daha yaxından dəstəkləməyə çağıraraq, konkret təkliflər ilə çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA