Daha bir meyit çıxarıldı, 2 nəfərin xilas edilməsi davam edir - Xırdalan (VİDEO, FOTOLAR)

img

08-09-2014 [17:43]


Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. ANS TV-nin hadisə yerində olan müxbiri Sərxan Kamallının verdiyi məlumata görə, dağıntılar altından bir uşağın cəsədi çıxarılıb. Onun meyiti Respublika Kliniki Xəstəxanasına aparılıb. 

Ümumilikdə bu yerə kimi 9 nəfər xilas edilib. Dağıntılar altında isə 2 nəfər qalıb. Hazırda həmin şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb(ans).

 
















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA