"Yazıqsınız, özünüz kirayədə yaşayırsınız, qızımın isə 3-4 evi var" - Deputat övladının şikayətini tirajlayanlara belə ismarıc yolladı (VİDEO)
27-10-2025 [16:34]
Deputat Elman Nəsirov ilk nikahından doğulan qızı Laləzar Əliyevanın ittihamlarına ilə bağlı növbəti dəfə açıqlama verib.
Mia.az xəbər verir ki, deputat bu barədə “Baku TV”yə danışıb.
Onun sözlərinə görə, məişət zəminində bu prosesin başlanması üçün heç bir motiv, heç bir əsas yoxdur: “Ola bilər ki, deputat olasan, qızının evi olmaya, çöllərdə qala?! Məntiqsizliyi görmürsünüz? Ödədiyim alimentin də qiyməti 850 manat olub. Siz deyirsiniz ki, gərək qızı ilə bağlı çıxıb həqiqəti deyəydi. İnsanın nankorluğu görəndən sonrakı reaksiyasını başa düşün. Üstəlik, gecə-gündüz dövlətə, dövlətçiliyə xidmət edən, mövqeli insan olasan. Kimlərsə hesab edər ki, mən sındım, zəiflədim və s. Yox! Qətiyyən! Mən bundan sonra dövlətimizin düşmənləri ilə daha güclü, daha inadcıl mübarizə aparacağam”.
E.Nəsirov bildirib ki, ilk nikahdan olan qızının ata-babadan qalma 3-4 evi var: “Bunu çox tirajlayırlar ki, deputatın qızı çöllərdə qalıb. Onların ata-babadan qalma 3-4 evi var. Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsində 3 otaqlı bir ev, 1 otaqlı da bir ev gələn il istifadəyə veriləcək. O evlər də onlarındır. Yəni mənzillə, evlə bağlı problem yoxdur. Mən hətta özünü ürəyi yanırmış kimi danışanlara üzümü tutub deyirəm ki, yazıqsınız, özünüz kirayədə yaşayırsınız, gedin öz halınıza yanın, öz dərdinizi çəkin. Evləri də, eşikləri də var. Sadəcə öyrədirlər, istiqamətləndirirlər, Elman Nəsirov ki bu qədər prinsipial, qətiyyətli mövqeyə malikdir, bəs bunda necə zəif nöqtə tapaq?!”
Ətraflı videoda:
Qeyd edək ki, son günlərdə L.Əliyeva adlı sosial şəbəkə istifadəçisi “TikTok”da video paylaşaraq deputat Elman Nəsirovun qızı olduğunu qeyd edib və ondan ata kimi qayğı görmədiyini vurğulayıb. E.Nəsirov isə onun açıqlamasının həqiqətə uyğun olmadığını bildirmişdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi