Rektor dekan və kafedra müdirlərini topladı

img

08-09-2014 [16:38]


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru ilə 2014/2015-ci tədris ilinə hazırlıqla bağlı bütün tədris binalarında dekan və kafedra müdirləri ilə görüş keçirilib. Görüşdə qarşıda duran aktual məsələlər müzakirə edilib.

Universitetin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, tədris binalarına baxış zamanı universitetin maddi-texniki bazasının mövcud vəziyyəti, o cümlədən auditoriyaların kompüter, "ağıllı lövhələr” və proyektorlar ilə təchizatına nəzər yetirilib. Tədris binalarının ərazisində  yaradılan yüksək sürətli internet şəbəkəsinin vəziyyəti ilə tanış olunub.

Tədris prosesinə hazırlıqla bağlı geniş müzakirələr aparılıb. Tədrisin keyfiyyəti və dərs yükü bölgüsünün normaya uyğunluğu, tədris-metodiki vəsaitlərin elektronlaşdırılaraq universitetin saytında yerləşdirilməsi, müəllimlərin fərdi işçi planı və tələbələrin fərdi iş planının hazırlıq prosesi nəzərdən keçirilib. Əlavə olaraq, tədris zamanı istifadə edilən dərsliklər və tövsiyə edilən ədəbiyyat siyahısının universitet kitabxanasında mövcudluğu məsələsinə də baxılıb. Tədris ili boyunca valideynlərlə iş xüsusi diqqətə alınmalı, yeni qəbul olunan tələbələrə qayğı ilə yanaşılmalıdır.

Sentyabr-oktyabr ayları ərzində prorektorlar müvafiq tədris binalarına təhkim olunacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA