Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTOLAR
24-10-2025 [18:09]
2025-ci ilin 24 oktyabr tarixində Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Mia.az xəbər verir ki, “Azərbaycan Arbitraj Günləri 2025” çərçivəsində təşkil olunan konfrans beynəlxalq arbitraj sahəsində mühüm yeniliklərin müzakirəsinə həsr edilib.
Tədbirdə 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və dövlət rəsmiləri iştirak edib.
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Arbitraj Assosiasiyasının və Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva qeyd edib ki, Mərkəzin daimi arbitraj təşkilatı olaraq əsas məqsədi mübahisələrin səmərəli və ədalətli həllinə xidmət edən arbitraj icraatının təşkili və idarə edilməsindən ibarətdir. Bildirilib ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar ədalət mühakiməsinin müasirləşdirilməsinə və alternativ mübahisə həlli mexanizmlərinin inkişafına mühüm təkan verib. Bu siyasətin məntiqi davamı kimi, Bakı Arbitraj Mərkəzinin yaradılması ölkəmizdə arbitraj institutunun inkişafı üçün yeni imkanlar açır. Tədbirin məqsədi beynəlxalq təcrübə mübadiləsini təşviq etmək, dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək, eləcə də ölkəmizdə arbitraj sahəsinin inkişafına töhfə verməkdir.
Tədbirdə həmçinin Azərbaycan və ingilis dillərində “Bakı Arbitraj Hüququ” jurnalının nəşr olunacağı diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında arbitraj institutları ilə məhkəmə sistemi arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd edilib ki, arbitraj mübahisələrin ədalətli, operativ və razılaşmalara hörmət prinsipi əsasında həllinə imkan verir, bu da investorların etimadını artırır, davamlı inkişafı dəstəkləyir və beynəlxalq əməkdaşlığı gücləndirir. Vurğulanıb ki, Azərbaycan ticarət və investisiya sahəsində regional mərkəzə çevrildikcə, arbitrajla məhkəmə sistemi arasında əlaqələrin möhkəmlənməsi ədalətə olan inamı artıracaq və gələcək tərəqqiyə töhfə verəcək.
Ədliyyə naziri Fərid Əhmədov isə Bakı Arbitraj Mərkəzinin yaradılmasını Azərbaycanın hüquq sisteminin beynəlxalq arenaya inteqrasiyası istiqamətində mühüm addım kimi dəyərləndirib. Bildirilib ki, ölkəmizdə artıq beynəlxalq arbitraj proseslərinə dərindən bələd olan, bu sahədə ixtisaslaşmış gənc hüquqşünaslar nəsli formalaşıb. Onlar həm beynəlxalq arbitraj məhkəmələrində iş aparmaq bacarığına, həm də müxtəlif arbitraj panellərində arbitr kimi fəaliyyət göstərmək təcrübəsinə malikdirlər. Bu, Azərbaycanın hüquq mühitinin inkişafı baxımından mühüm göstəricidir.
Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel çıxışında arbitrajın təkcə hüquqi mexanizm deyil, həm də etimadın, sülhün və hüququn aliliyinin simvolu olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, arbitraj insan sivilizasiyasının ən dəyərli ixtiralarından biridir. O, fikir ayrılıqlarının zor gücü ilə deyil, qarşılıqlı anlaşma və dialoq yolu ilə həllinə əsaslanır və bu da hüququn gücünə inamın təzahürüdür.
Xüsusi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitutun keçmiş prezidenti Maria Chiara Malaguti bildirib ki, regionda iqtisadi inteqrasiyanın, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün etibarlı hüquqi mühitin yaradılması vacibdir. Bu baxımdan Bakı Arbitraj Mərkəzinin təsis edilməsi çox mühüm və vaxtında atılmış addımdır. Bu mərkəz təkcə hüquqşünaslar və mütəxəssislər üçün deyil, həm də ölkə və region üçün strateji imkan yaradır. Çünki arbitraj mübahisələrin sülh, qarşılıqlı hörmət və hüququn aliliyi prinsipləri əsasında həllinə xidmət edir.
Tədbir daha sonra konkret mövzular üzrə panel müzakirələrlə davam etdirilib.
Oktyabrın 25-dək davam edəcək konfransda müxtəlif mövzularda ümumilikdə 7 panel müzakirənin təşkili nəzərdə tutulub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi