"Kim əvvəlcədən istənilən rüşvəti verdisə,.." - İcra başçısına ittiham

img

08-09-2014 [14:04]


Redaksiyamıza Zaqatala rayonunun Zəyəm kəndi sakinləri tərəfindən şikayət məktubu daxil olub.

Mia.az xəbər verir ki, şikayətçilər 7 may 2012-ci il tarixində bölgədə baş verən zəlzələ nəticəsində yararsız vəziyyətə düşən evlərinə görə bu günədək onlara qayğı göstərilmədiyindən narazıdırlar. Baxmayaraq ki, bu məqsədlə dövlət tərəfindən milyon manatlarla pul ayrılıb: «Ancaq zəlzələ nəticəsində yararsız hala düşmüş evlərimizin əksəriyyəti hələdə bərpa edilməyib. Kim əvvəlcədən istənilən rüşvəti verdisə, onun evi tikilib təhvil verildi. Biz yoxsullar isə qorxu-həyacan içində yaşayırıq. Daha doğrusu zülm-əzab çəkirik. Hər vaxt qəzalı evlərimiz uça bilər ki, buna görə ciddi təhlükə qarşısındayıq. Etdiyimiz müraciətlərədə baxılmır. Əminik kki, Prezident İlham Əliyevin bu haqsızlıqdan, qanunsuzluqdan xəbəri yoxdur. Ona yalan məlumat veriblər ki, zəlzələnin nəticələri tam aradan qaldırılıb. Ancaq gəlib baxsanız, görəcəksiniz ki, bu tam yalandı». 

Şikayətçilər bildirirlər ki, aradan ötən müddətdə yaşadıqları evlər daha yararsız vəziyyətə düşüb: «Rayon İcra başçısı Mübariz Əhmədzadə bir dəfədə olsun bizim dərdimizlə maraqlanmayıb. Baxmayaraq ki, dəfələrlə qəbulunda olmuşuq ,ərizələrlə müraciətlər etmişik. Biz Zəyəm kəndində zəlzələ nəticəsində evləri qəzalı vəziyyətdə olan sakinlər  növbəti həftə Prezident Administrasiyasına qəbula gedəcəyik. İnanırıq ki, Prezident İlham Əliyev bizə yaxından kömək edib, tədbir görəcək. Mətbuat vasitəsi ilə cənab Prezidentə müraciət edib xahiş edirik.

 Hörmətli Prezident, iki ildən çoxdur ki, zəlzələnin nəticəsi aradan qaldırılmadığından zülm çəkirik, qorxu, həyacan içində yaşayırıq. Hər vaxt evlərimiz uça bilər. Həyatımız ciddi təhlükə qarşısındadır.Xahiş edirik, bizə kömək edin…». 

Xatırladaq ki, şikayət məktubunu Qədirov Bilal Əhməd oğlu (AZE 04742623), İsayev Ramazan Hacıömər oğlu (AZE 02237369), Abakarov Qədir Hüseyn oğlu (AZE  01903286), Mehrəliyev Rahim Şakir oğlu (AZE 04590467) başqaları imzalayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA