08-09-2014 [13:59]
Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyilə iddiaçı Zeynalov Əvəz Tapdıq oğlunun, cavabdehlər AR Vergilər Nazirliyinə və AR Vergilər Nazirliyi yanında Vergi Audit Departamenə qarşı "N saylı, 22.02.2012-ci il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə” iddia tələbinə baxılıb.
"Xural” qəzetinin əsassız ittihamlarla həbs olunan və hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan baş redaktoru Əvəz Zeynallı məhkəmədə iştirak etməyib. Vəkil Elçin Sadıqov xural.com-a bildirib ki, məhkəmə qərardaddan şikayəti təmin etməyib. Hakim qərardan şikayətə baxılması üçün oktyabrın 30-a məhkəmə təyin edib.”
E.Sadiqov Ə.Zeynallının məhkəmədə iştirakının təmin olunması üçün hakimə ərizə yazmalı olduğunu bildirib, bundan sonra onun məhkəmədə iştirakının təmin olunması məsələsinə baxılacağını qeyd edib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə 9 il azadlıqdan məhrumetmə cəzası çıxarılarkən həmin akta da istinad olunub və məhkəmə hökmündə Əvəz Zeynallıdan 4076 manat vergi borcunun tutularaq, dövlət büdcəsinə ödənilməsi tələbi əksini tapıb.
Vəkil Elçin Sadıqov səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə vəsatətlərin təmin olunmaması məsələsinə münasibət bildirərkən deyib: "Hakimin bu qərarı gözlənilən idi”.
Xatırladaq ki, 09.07.2012 tarixində "Xural” qəzetinin hazırda əsassız ittihamlarla həbs olunmuş baş redaktoru Əvəz Zeynallı haqqında ilk ədalətli qərar çıxarılmışdı. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat Hacıbəyova iddiaçı Əvəz Zeynallının, cavabdehlər AR Vergilər Nazirliyinə və AR Vergilər Nazirliyi yanında Vergi Audit Departamenə qarşı "N saylı, 22.02.2012-i il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə” iddia tələbinə dair ərizəsi üzrə hazırlıq icraatında cavabdeh AR VN yanında Vergi Audit Departamentinin 08 iyun 2012-ci il tarixli ərizəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq müəyyən etmişdi ki, məhkəmə tərəfindən AR-nın İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsində əsasən cavabdehlərin iddiaya qarşı öz münasibətinin (etirazının) yazılı şəkildə bildirilməsi tələb olunsa da, cavabdehlər məhkəmə tərəfindən təyin edilmiş müddətdə iddiaya qarşı etirazını bildirməyiblər.
Bundan əvvəl AR VN yanında Vergi Audit Departamenti məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş edib.Nazirlik vəsatətini onunla əsaslandırmışdı ki, Əvəz Zeynallı barəsində cinayət işi başlanmış və həmin idarənin böyük müstəntiqi tərəfindən Nəsimi rayon məhkəməsinin Ə.Zeynallı tərəfindən təsis edilən "Xural” qəzetinin fəaliyyəti zamanı vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin VN-nin mütəxəssisləri tərəfindən yoxlanılması üçün vəsatət verilib, vəsatət Nəsimi rayon məhkəməsinin 14.11.2011-ci il tarixli qərarı ilə təmin edilib. Həmin qərara əsasən, Ə.Zeynallının fəaliyyəti üzrə aparılmış səyyar vergi yoxlaması 22.02.2012-ci il tarixli N nömrəli aktla rəsmiləşdirilmiş və Ə.Zeynallı tərəfindən yoxlanılan dövr üzrə sadələşdirilmiş verginin 7251.20 manat azaldılması müəyyən edilərək, səyyar vergi yoxlanılması materialları AR-nın BP yanında KQMİ-nə göndərilib. Həmin idarə tərəfindən Ə.Zeynallı haqqında CM-nin digər maddələri üzrə ittiham elan olunaraq cinayət işinin materialları məhkəməyə göndərilib.
Həmin vaxt cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı üçün məhkəmə iddia ərizəsini və cavabdeh AR VN yanlında Vergi Audit Departamenti tərəfindən "icraatın dayandırılması barədə” vəsatətin əlavə etdiyi sənədləri nəzərdən keçirərək, hesab edib ki, iş üzrə icraatın dayandırılmasına əsas yoxdur. Beləki, İnzibati Məhkəmə icraatında aparılan araşdırmanın həmin mərhələsində cinayət əməli törədilməsinə dair şübhə doğuran hal aşkar edilməyib. Məhkəmə AR İnibati Prosessual Məcəlləsinin 7, 50-ci maddələrini rəhbər tutaraq qərara almışdı ki, AR VN yanında Vergi Audit Departamenti inzibati məhkəmə "icraatın dayandırılması barədə” vəsatəti təmin edilməsin.
Lakin 22 iyun 2012-ci ildə 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin hakimi Miminat Hacıbəyova siyasi sifariş həyata keçirərək, bu qərarı dəyişdirir və yeni qərar çıxarır. Ə.Zeynallının ACM-də məhkəmə prosesi getdiyi zaman VN səlahiyyətli nümayəndəsi 2 saylı BİİM-də vəsatət qaldıraraq işə ACM-də baxıldığını əsas gətirmiş və məhkəmə bitdikdən sonra BİİM-də işə baxılmasına qədər vaxt istəmişdi. Onun vəsatəti qəbul olunmuşdu.
Ə.Zeynallının BACM-də məhkəmə prosesi başa çatdıqdan sonra və hakim R.Allahverdiyeva çıxardığı hökmdə heç bir əsas olmadan CM-nin 213-cü maddəsi üzrə ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Zəruri Qeyd: Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. "Günaydın”, "P.S.”, "Millətin səsi” qəzetlərinin yazarı, "Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə "Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan "Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da "Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları, ABŞ Dövlət Departamenti "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını "vicdan məhbusu” olaraq tanıyıb və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bildirib və hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi