"YAP "Siyasi təhlil və informasiya” şöbəsinin sabiq müdirinin analizi..." - Alqış Həsənoğlu deputatın "bostanı"na elə ağır daş atdı ki...
21-10-2025 [14:12]
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev YAP-çı deputat Aydın Mirzəzadəni öz qənaətinin ölkənin konstitusion quruluşu kimi təqdim etməkdə suçlayıb.
Alqış Musayevin öz "Facebook” profilində paylaşdığı həmin yazıda deputata qarşı ölçü götürülməsinə çağırış da edilib: "Ramiz Mehdiyevin başı üzərindəki duman qatılaşmaqda davam edir. Bu dəfə millət vəkili Aydın Mirzəzadənin hesabina. YAP "Siyasi təhlil və informasiya” şöbəsinin sabiq müdirinin analizi işləri heç də aydınlığa doğru aparmır. Aydın Mirzəzadənin açıqlaması mövzünü bir az da tündləşdirir. Ramiz Mehdiyevi daha çətin və çıxılmaz bir duruma salır. Aydın Mirzəzadə "Yeni Musavata” açıqlamasında deyib: "Bu ittihamlar boş söhbətlərdir. Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub”…
Əksinə, Aydın Mirzəzadə belə yanaşmaqla, təsdiqləyir ki, bu ittihamlar əsla boş söhbət-zad deyil.
Nə üçün?.. Hər bir kəsin bir başqasına şəxsi münasibəti ola bilər.
Və hiss olunur ki, millət vəkilinin Ramiz Mehdiyevə qarşı daxili bir sevgisi var. Olsun və buna görə onu heç kim günahlandıra bilməz və günahlandırmır. O, istəsə, Ramiz Mehdiyevı ikinci yox, birinci şəxs kimi də görə bilər. Bu, Aydın müəllimin özəl hüququ və haqqıdır. Amma Konstitusiya, dövlətçilk bir başqadır.
Heç kim Aydın Mirzəzadəyə haqq vermir ki, öz şəxsi qənaətini ölkənin konstitusion nizamı kimi təqdim etsin. Ramiz Mehdiyevin "hakimiyyətdə ikinci adam” olmasını iddia etmək birbaşa respublikamızın dövlət quruluşuna qarşı həqarətdir.
Azərbaycan Konstitusiyasına görə, 2001-ci ilə qədər ölkənin ikinci şəxsi Milli Məclisin sədri, 2001- ci ildə edilən dəyişiklikdən 2016-ci ilə kimi baş nazir, 2016 cı ildə qəbul edilən referendumdan sonra respublikanın 1- ci vitse- prezidenti hesab olunur.
Göründüyü kimi, Ramiz Mehdiyevin hakimiyyətdə ikinci adam olması barədə iddianın əsasında heç bir hüqüqi-normativ baza dayanmır. Və bunu bilə-bilə ikincilik savaşı açmaq, bu, artıq ambisiyadır, siyasi itaətsizlik nümunəsidir.
Elə məsələ də burasındadır ki…
Baxın, Ramiz Mehdiyev nədə suçlanır.
Səlahiyyətlərini aşmaqda, vəzifəsindən sui-iistifadə etməkdə, mövqeyndən irəli dayanmaqda, başqalarının ərazilərinə müdaxilə etməkdə…və nəhayət Aydın Mİrzazədənin dediyi kimi, heç bir hüquqi və haqqı olmadan hakimiyyətin ikinci şəxsi kimi davranmağında…
Əminəm ki, YAP-da böyük əksəriyyət Mirzəzadənin fikirlərini bölüşmür .
Yaxşı olardı ki, növbəti açıqlamasında millət vəkili dedikəlrinə düzəliş versin.
Ən yaxşısı isə, YAP içra katibliyinin Aydın Mirzəzadənin mətbuatla təmaslarına məhdudiyyət tətbiq etməyi olardı…”/7NEWS.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi