"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 1094 müraciət qeydə alıb
20-10-2025 [10:14]
"Azercell" Telekomun dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” (QDX) 2025-ci ilin iyul-sentyabr ayları ərzində ümumilikdə 1094 müraciət qəbul edib.
Mia.az xəbər verir ki, müraciətlər arasında psixoloji dəstək (366), hüquqi yardım (181), məişət zorakılığı halları (130) və boşanma prosesində yaşanan çətinliklərlə (116) əlaqədar sorğular üstünlük təşkil edib. Eyni zamanda, sığınacaq təminatı (76), təhsil məsələləri (69), sosial və maddi rifah problemləri (44) və səhiyyə hüquqlarının təmin olunması (14) ilə bağlı sorğular cavablandırılıb. Digər müraciətlər (98) isə ümumi xarakterli sualları, xidmət haqqında məlumat sorğularını və müxtəlif istiqamətli mövzuları əhatə edib.
Hesabat dövründə xidmətin psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə fərdi şəkildə görüşərək onların ehtiyaclarına uyğun dəstək göstərib. Zəruri hallarda qadınlar hüquqi məsləhət, tibbi yardım və sosial müdafiə imkanlarından yararlanmaq üçün müvafiq dövlət qurumlarına, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.
2022-ci ildə "Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı ilə fəaliyyətini davam etdirir. Xidmətin əsas məqsədi zorakılıq hallarında operativ və kompleks psixososial yardım göstərmək, qadınların reabilitasiyasını və cəmiyyətə reinteqrasiyasını təmin etməkdir. Bu məqsədlə QDX icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.
24/7 rejimdə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” ilə 116111 qısa nömrəsi, Facebook və Instagram sosial şəbəkələri vasitəsilə əlaqə saxlamaq mümkündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi