"Qoy hər kəs bilsin: mən Zahid Oruc o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm" - STM rəhbəri açıqlama yaydı
18-10-2025 [23:59]
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Feysbuk hesabında açıqlama yayıb.
Mia.az aktuallğını nəzərə alaraq həmin açıqlamanı olduğu kimi təqdim edir:
"Ünvanıma yazılan böhtanın - 36 ildir həyatda olmayan atamın adını da qarışdırıb, 25 ildir sədaqətlə və şərəflə gəldyimiz yola - Ulu Öndər Heydər Əliyev və Qalib Lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz.
1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə üstümüzə atılan böhtanı görəndə susa bilmərik.
Kimliyindən asılı olmayaraq, hakimiyyət çevrilişinə cəhd və dövlətə xəyanət ən sərt cəzaya layiqdir. Lakin hər kəs əməlinə özü cavab verməlidir və verəcək. Dövlətə və cənab Prezidentə xəyanət bağışlana bilməz. Ona görə də iki gün əvvəl söylədik: xəyanətin siyasi mənsubiyyəti və yaşı olmur. Xüsusilə xarici kəşfiyyatla əlaqəli baş verən bir qəsdin bəraəti yoxdur. Lakin 2003-cü ildə dövlətə qarşı daş atanlar indi o silahları sədaqət və ləyaqətlə Dövlətə xidmət edən Zahid Orucun adını ləkələmək üçün atırlar.
Bilin və agah olun - alnım o qədər açıqdır ki, heç bir gizli layihədə, görüşdə, xarici kəşfiyyat mərkəzləri ilə əlaqədə, yaxud dövlətimizin əleyhinə planda iştirakımız olmayıb, kimisə “ata”lıqda görməmişik, heç bir şəxsin kölgəsinə sığınıb klan, tayfa, qrup və ya siyasi birlikdə iştirak etməmişik, nəhayət, kiməsə saxta obraz düzəldib onun xəstə planlarına xidmət etməmişik. Heç vaxt ola bilməz!… Qanımız və canımızla hamını əmin edirik.
Dövlətimizin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq: gecə-gündüz, yalnız bir amalla yorulmadan işləmişik.
Bir siyasi əqidədə yol gələrkən, hər zaman möhtərəm cənab Prezidentdən yüksək ehtiram görmüşük. Yüksək ideallarla xidmət üçün bundan böyük dayağımız olmayıb.
Qoy hər kəs bilsin: zərrə qədər şübhəsi olan varsa da, inansın - mən Zahid Oruc o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm.
Tam əksinə, bir beyin mərkəzinin təmsilçisi və siyasət adamının görə biləcəyi nə varsa, onu etmişik - Prezidentə və Dövlətə ləyaqətlə xidmət.
Əmin edirik: bizi böhtan və şərlə Rəhbərin gözdən sala bilməyəcəklər…"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi