3 övlad atası arvadını satışa çıxardı-İnternetdə

img

07-09-2014 [23:34]


İstanbulda 26 yaşlı Ayişə. G. ərinin onu internetdə satmaq istəməsi barəsində polis bölməsinə şikayət edib. "Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, əri 35 yaşlı Deniz.Y. ilə boşanan qadın 3 övladını götürərək atası evinə gedib. Ölən atasının təqaüdü ilə dolanmağa çalışan qadın imkansızlıqdan əriylə barışmağa məcbur olub. Pul məsələsinə görə aralarında yenidən dava yaranan cütlüyü polis şöbəsinə aparıblar. Qadın polis şöbəsində verdiyi ifadə də dövlətin ona verdiyi pulu əri tərəfindən əlindən alınması, onu internet vasitəsiylə satmaq istəməsi, hətta meşədə onu zorlamasından danışıb. Şikayət üzrə saxlanan Deniz.Y . iddiaları rədd edib. O, arvadının psixoloji problemləri olduğunu və bu problemə görə belə yalan danışdığını irəli sürüb. Deniz.Y. həbsiz mühakimə üzrə sərbəst buraxılıb. Prokrorluq boşanma ilə bağlı istintaq işinə başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA