07-09-2014 [11:12]
Xətai rayonu Qaçaq Nəbi küçəsində aparılan "yaşıl soyqırım"la bağlı yazı dərc etmişdik. Xatırladaq ki, "Qismət-M" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbər şəxsləri sözügedən ünvandakı yüzlərlə ağacı kəsərək yerində göydələn ucaltmağa başlayıb. Ərazidə yaşayan sakinlər bununla bağlı rəsmi qurumlara dəfələrlə müraciət ünvanlasalar da, şirkətin həyata keçirdiyi qeyri-qanuni işlərin qarşısı alınmayıb. Məhz cəzasızlıq mühitinin olması şirkət nümayəndələrinin qeyd olunan ərazidəki digər yaşıllıqları da məhv etməsinə gətirib çıxarıb.
Belə ki, Qaçaq Nəbi küçəsi 5, 7 və 9 nömrəli binaların sakinləri tərəfindən uzun illər qulluq göstərilərək boya-başa çatdırılan ağaclar bir neçə günün ərzində qətliama məruz qalıb. Əldə etdiyimiz son məlumatlara görə, tikinti işlərinin intensivləşməsi burda yaşayan insanların vəziyyətini xeyli çətinləşdirib. Ağır yük maşınlarının və digər tikinti texnikalarının gecə-gündüz bilmədən işləməsi həm bu binaların yollarını sıradan çıxarıb, həm də vətəndaşların rahatlığını əllərindən alıb. Məlumatda qeyd olunan əsas məqamlardan biri də "Qismət-M" MMC rəhbərliyinin əmək qanunlarının tələblərini kobud surətdə pozması ilə bağlıdır: "Şirkətin sahibi əslən İmişli rayonundan olan biznesmendir. Deyilənə görə, o, paytaxtın bir neçə nöqtəsində hündürmərtəbəli bina inşa etdirib. Maliyyə baxımından yüksək imkanlara malik olan şirkət rəhbəri puluna güvənərək yaşıllıqları məhv edib. Kəsilən ağacların yerində tikilən göydələndə işləyən fəhlə və ustaların həyatı təhlükə altındadır. İlk növbədə onu deyim ki, burda çalışan şəxslərin heç birinin əmək müqaviləsi yoxdur. Bu, ölkə qanunlarına qarşı sayğısızlığın göstəricisidir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş tikinti standartlarına qətiyyən riayət olunmur. İkinci məsələ ondan ibarətdir ki, "Qismət-M" şirkətinin rəhbərliyi fəhlələrin təhlükəsiz iş şəraitini təmin etmir. Fəhlələrin həyatı hər an risk altına düşə bilər. Onlar forma, "kaska" və digər zəruri avadanlıqlarla təchiz edilmir. Həmçinin fəhlələr iş saatından artıq işlədilir ki, bu da həmin şəxslərin əmək hüquqlarının pozulması deməkdir. Şirkət rəsmilərini fəhlələrin həyatı və sağlamlığı deyil, yalnız maddi məsələlər maraqlandırır. Avqust ayında dəhşətli istilərdə fəhlələrə istirahət verilmədi. Halbuki, müvafiq qanunvericiliyə əsasən temperatur işləmək üçün münasib olmadıqda açıq hava şəraitində fəaliyyət göstərən insanlara müəyyən müddət ərzində istirahət verilməlidir. Lakin şirkətin rəhbərliyində yer alan şəxslər fəhlələrin hüquqlarını pozaraq onları ağır şəraitdə işlətdilər. Aidiyyəti qurumların nümayəndələri burda cərəyan edən məsələlərə biganə münasibət göstərir. Yayılan söhbətlərə görə, MMC-nin İmişli rayonundan olan rəhbəri lazımi dövlət qurumlarının səlahiyyətlilərinə yüksək səviyyədə hörmət edib və bu səbəbdən tikinti işlərinin gedişinə maneçilik yaradan yoxdur". Başqa bir məlumatda isə "Qismət-M" şirkətinin ətrafdakı digər yaşıllıq sahələrinə də göz qoyduğu bildirilir: "Qaçaq Nəbi küçəsi 5, 7 və 9 nömrəli binaların həyətində insanların rahat istirahət etmələri üçün nəzərdə tutulan yaşıllıq zolaqları məqsədli şəkildə soyqırıma məruz qalır. Tikinti işləri start götürəndən bu günə kimi yüzlərlə ağac məhv edilib. Hazırda yerdə qalan ağacların kəsilməsi istiqamətində müəyyən işlər həyata keçirilir. Belə ki, şirkətin rəhbər heyətindəki bəzi şəxslər gecə saatlarında ağacların dibinə müxtəlif kimyəvi maddələr tökürlər ki, onlar qurusun. Bu gedişlə bir neçə aydan sonra Qaçaq Nəbi küçəsi tamamilə səhralığa çevrilə bilər. Şirkət rəhbərliyi Vətən yolunda canından keçən şəhidimizin adını daşıyan parkın bir hissəsini ələ keçirib göydələn tikmək niyyətindədir. Belə bir hal gerçəkləşsə, vətəndaşlar buna ən kəskin formada etirazlarını bildirəcək. Şəhidlərin ruhuna hər birimiz hörmət göstərməliyik". Nəzərinizə çatdıraq ki, qeyd etdiyimiz ünvanda tikinti işləri başlayan andan sakinlər müxtəlif qurumlara yazılı və şifahi formada dəfələrlə müraciət edib. Onların əsas tələbi "yaşıl soyqırım"ın dayandırılması və rahat yaşayışlarının təmin edilməsidir. Təəssüf ki, bu günə kimi rəsmi qurumlardan heç birinin nümayəndəsi sakinlərin qarşısına çıxıb onların şikayətinə qulaq asmayıb. Ümid edirik ki, bu yazıdan sonra Fövqəladə Hallar Nazirliyinin, Dövlət Əmək Müfəttişliyinin və digər aidiyyəti qurumların məsul işçiləri "Qismət-M" MMC-nin fəaliyyətini araşdırıb onların qanundankənar işlərinə son qoyacaq(gundelikbaku).
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi