Neftçalada yoxlama başlayır

img

06-09-2014 [18:20]


Hesablama Palatası büdcə vəsaitlərinin istifadəsi ilə bağlı bəzi idarə, müəssisə və təşkilatlarda yoxlama aparacaq.


Bu barədə Palatanın saytında məlumat verilir. Palatanın kollegiyası bununla bağlı müvafiq audit proqramını təsdiq edib.

Məlumata görə, Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi, Neftçala rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitlərin, o cümlədən Bakı şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsini yoxlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA