"Qazis"dəki kütləvi qanlı dava ilə bağlı daha bir şok görüntülər - VİDEO

img

06-09-2014 [00:33]


Sentyabrın 3-də "Oazis” restoranında 3 nəfərin bıçaqlanması və xeyli sayda insanın xəsarət alması ilə nəticələnən kütləvi dava hələ də gündəmdən düşmür. 

 

Mia.az axar.az-a istinadən xəbər verir ki, hadisə müştərilərlə restoranın mühafizəçiləri arasında başlayıb. Daha sonra bu davaya restoranın aşpazı və ofisiantları qoşulub.

 

Dava iştirakçılarından Zaur Əsgərov hadisədə özünün və qonaqlarının zərərçəkən olduğunu bildirib.

 

"Oazis”in sahibi Mirtalib Miri oğlu isə açıqlamasında bu ittihamları rədd edib.

 

Artıq dava iştirakçılarından biri Ravid Abdullayev həbs edilib.

 

Tərəflərin fərqli fikirlər söyləməsi və bir-birini günahlandırması cəmiyyətdə fikir ayrılığına səbəb olub. 

 

 "Oazis”də keçirilən tədbirin təhlükəsizlik kameralarında qeydə alınan 3 saatlıq videosunu əldə etmişik.

 

Cəmiyyətin baş verən hadisəyə reaksiyasını nəzərə alaraq olayın yayımlanmayan görüntülərini təqdim edirik. Qoy kimin haqlı olmasıyla bağlı qərarı videonu izləyənlər özləri çıxarsın.

 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA