05-09-2014 [20:17]
Azərbaycan
Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyevə qarşı
Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə qaldırılmış şikayətlə
bağlı yeni xəbər var.
Mia.az-a verilən verilən məlumata görə, bu gün Xətai rayon Məhkəməsində Dövlət İqtisad Universitetində rektorun sabiq müşaviri, iqtisad elmləri doktoru Bədirxan Musayevin iddiası əsasında deputat Ş.Hacıyevin xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətə baxılıb. Lakin nə deputat, nə də onun vəkili prosesdə iştirak etməyib.
Bununla
bağlı Mia.az-a açıqlama verən iqtisad elmləri doktoru Bədirxan Musayev deyib
ki, hakim Bəxtiyar Məmmədov Ş.Hacıyevə dövlət tərəfindən vəkil ayrılması haqda
qərar verib: "Mən isə buna etiraz edərək, məhz Şəmsəddin Hacıyevin prosesdə
iiştirak etməsini tələb etdim. Buna görə məhkəmə təxirə salındı”.
Musayev
bildirib ki, növbəti məhkəmə prosesi sentyabrın 12-də saat 17.00-da davam
etdiriləcək.
Xatırladaq ki, Şəmsəddin Hacıyevin sabiq müşaviri,
iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı və həmin
sahə üzrə 40 il kafedra müdiri işləmiş Bədirxan Musayevin sabiq rektora qarşı çıxmasının
maraqlı səbəbləri var. Belə ki, 3 ilə yaxındır qanunsuz işdən çıxarılmasına
etiraz edən B.Musayev həmiin gündən etibarən sabiq rektorun bütün korrupsiya və
digər qanunsuz əməllərini ifşa etməklə məşğul olub. İqtisad elmləri doktoru
deyib ki, 60 ildən artıq bir dövrü əhatə edən elmi-pedaqoji fəaliyyətim zamanı
elmi məktəbin bünövrəsi hesab etdiyi "İqtisadi kibernetika” kafedrasına
rəhbərliyi ilə yanaşı, 10 ilə yaxın müddətdə fakültə dekanı, 1993-cü ildən 2000-ci
ilə qədər prorektor vəzifəsində işləyib: «2000-ci ildən 2013-cü ilə kimi
Azərbaycan Dövlət İqtisad Universitetinin rektorun müşaviri vəzifəsində
işləmişəm. Ancaq səhhətimlə bağlı hər hansı həkim rəyi olmadan Universitetin
keçmiş rektoru Şəmsəddin Hacıyev əsassız olaraq məni işdən azad etdi və həmin
dövrdən başlayaraq Milli Məclisinin deputatı Hacıyev Şəmsəddin Hümmət oğlu
mənim şərəf və ləyaqətimi ləkələyən, eləcə də məni nüfuzdan salan, dövləti
cinayətlərdə ittiham edən məlumatları kütləvi informasiya vasitələrində
yaymaqla məşğul olub. Belə böhtanlardan biri də "Yeni Müsavat” qəzetinin
14 dekabr 2013-cü il tarixli sayında "Rektor-deputatla professorun davası
qızışdı” başlığı altında, digəri qafqazinfo.az portalında "Ona "vətən
xaini” damğası vuraraq işdən qovmuşam” başlıqlı məqalələrdə yer alan ifadələrdə
öz əksini tapıb. Həmin yazılarda deputat Şəmsəddin Hacıyev deputat
toxunulmazlığından istifadə edərək "mən ona vətən xaini damğası vuraraq
işdən qovmuşam” deyib. Ola bilər ki, Ş.Hacıyev hüquqşünas olmadığı üçün
"vətən xaini” ifadəsinin nə demək olduğunu anlamır. O, məni Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə - Dövlətə xəyanət, yəni
Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət
təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə
keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına
qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların
nümayəndələrinə kömək etmə - ağır cinayət sayılan əməldə ittiham edib.
Göründüyü kimi Ş.Hacıyev məni dövləti və ağır
cinayətdə ittiham etməklə yanaşı, bir az da qabağa gedərək Ulu Öndər, Ümummilli
liderimiz mərhum Heydər Əliyevin də adından istifadə etmişdir. Belə ki, həmin
yazılarda Ş.Hacıyev bildirmişdir: "Bu adamın əməllərindən hələ o
vaxt Heydər Əliyev şəxsən xəbərdar idi, sözünü də bir dəfə konfransda üzünə
demişdi”. Ancaq əsla belə bir hal olmayıb. Olubsa, sübutları ortaya qoysunlar.
Bilirsiniz ki, mərhum prezidentin bütün çıxışları dərc olunur, videoya çəkilir.
Əgər belə bir hal varsa, həmin çıxışın stenoqramasını və ya videosunu cəmiyyətə
yaysınlar da. Yoxdur axı. Elə bir hal olmayıb”.
Məsələ ilə bağlı Dövlət İqtisad Universiteti ilə
yanaşı, Şəmsəddin Hacıyevin də mövqeyini yaymağa hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi