Ramil Usubovdan daha bir təyinat - ƏMR

img

05-09-2014 [20:05]


Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Ağstafa Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. 

Bu vəzifəyə polis polkovniki Yaşar Sakit oğlu Nuriyev təyin edilib.

Y.Nuriyev bu vəzifədə hazırda Xaçmaz Rayon Polis Şöbəsinin rəisi olan Ədalət Abbasovu əvəz edib.

Qeyd edək ki, Yaşar Nuriyev 2011-ci ilə qədər Baş Mühafizə İdarəsinin rəis müavini işləyib.  Daha sonra DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini kimi çalışıb. Sonuncu iş yeri isə Xəzər rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə müavini vəzifəsi olub(axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA