05-09-2014 [19:53]
"Müsavatda kollegial başqanlıq postunun yaradılması qətiyyən mümkün deyil”.
Sözügedən fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev İsa Qəmbərin qardaşı Rövşən Qəmbərin başqanlığa iddialıların kollegial başqanlıq postunda birləşməsi təklifinə münasibəti bildirərkən deyib.
MMP sədrinin sözlərinə görə, ən azından, Arif Hacılı kimi iddialı şəxs buna imkan verməyəcək: "Bilirsiniz ki, orada Arif Hacılı kimi iddialı var. Digər tərəfdən, bu günlərdə başqa bir iddialı Səxavət Əlisoy da açıb sandığı, töküb pambığı. O, Müsavat daxilində baş verən hər bir şeyi açıq şəkildə bəyan edib. Buradan da görünür ki, Müsavat Partiyası dağılıb, hətta rayon təşkilatlarından qurultaya nümayəndə seçməyə adam tapılmır”.
Hafiz Hacıyev həmçinin qeyd edib ki, indi orada xarici təşkilatlardan qrant alan qüvvələrlə, partiyanı düşdüyü bataqlıqdan müəyyən səyləri ilə çıxarmaq istəyən qüvvələr mübarizə aparır: "Məsələn, o qüvvələr də istəyirlər ki, qrant alan qüvvələrin yerini tutsunlar. Beş-on il də onlar satqınlıq eləsinlər, bu vasitə ilə də ailələrini dolandırsınlar. Ona görə də İsa Qəmbərin qardaşının belə bir təklif verməsi ondan ibarətdir ki, əldə olan üstünlüklər hazırkı başqanın əlindən kənara çıxmasın”.
MMP sədri İsa Qəmbərin qardaşının təklifinin özü tərəfindən verilmədiyi iddiasında olduğunu da deyib: "Bilirsiniz ki, Müsavat Partiyası daim kəşfiyyata işləyən bir təşkilat kimi tanınıb. İsa Qəmbərin qardaşı Almaniyada yaşayır. Ona görə də Rövşən Qəmbərin də müəyyən dairələrin təsiri altında olması şübhəsizdir. Yəni onun həmin təklifi arxasında müəyyən qüvvələrin təlimatının olması şəksizdir”.
Hafiz Hacıyev Müsavatda qruplararası savaşın şiddətlənəcəyini də istisna etməyib: "Başqa tərəfdən, başqanlığa iddialı olan Tural Abbaslı da öz açıqlamalarında bildirir ki, partiyada sağlam mübarizədən çox, qruplararası mübarizə gedir və bu da partiyaya başucalığı gətirmir. Məsələn, Arif Hacılı öz etnik qrupu ilə hərəkətə keçib. Qubad İbadoğlu başqa yandan öz addımlarını atmaqda davam edir. Ancaq onların hər birinin məqsədləri birdir – xarici kəşfiyyata işləyərək, donoslar ötürərək qrant almaq. Yəni bunları real müsavatçılıq ümumiyyətlə, maraqlandırmır. Baxın, bu gün bir sıra QHT-lərin hesabları bağlanır. Həmin hesablar ona görə bağlanır ki, o hesabları dolduranlar Azərbaycanda çaxnaşma yaratmağa çalışan qüvvələrdir. Həmin qüvvələrə nökərçilik edənlər isə həmin bu şəxslərdirlər. İndi də durub deyirlər ki, kollegial başqanlıq postu yaradaq. Hansı kollegiallıqdan danışırlar ki, İsa Qəmbər Gürcüstana gedib bir milyon qazandıqdan sonra burada onu çox xəsisliklə bölüşdürdü. Pul çatmayan adamlar isə dərhal partiyadan istefa verib getdilər”.
Hafiz Hacıyev Müsavat Partiyasından istefaya gedən bir sıra şəxslərin onlara faktlar verdiyini də gizlətməyib: "Müsavat Partiyasından gedənlərin əksəriyyəti bizə elə faktlar ötürüblər ki, harada, kiminlə və necə görüşüblər. Müsavatçıların bir dəstəsi İsveçrə səfirliyinin dəstəyi ilə işləyir, bir dəstəsi ABŞ-ın müəyyən institutları ilə əlbirdir. Bir dəstəsi də bilavasitə erməni lobbisinə işləyir. Bütün bunlar isə faktdır! Ona görə də bunların hər hansı bir təklifləri, addımları, ideyaları səmərə verməyəcəkdir. Ən azından, onların qarşısında Müasir Müsavat Partiyası dayanıb. Məhəmməd Əmin Rəsulzadənin müsavatçılıq ideyalarına sadiq olan Müasir Müsavat Partiyası”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi