05-09-2014 [15:54]
Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.
Mia.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin media nümayəndələri ilə görüşü barədə danışıb. MŞ sədri bildirib ki, görüşdən bir həftəyə yaxın vaxt keçib və ümummilli məsələlərlə bağlı səslənən fikirlərin KİV-də hansı dərəcədə nəzərə alınması əhatəli müzakirə olunub: "Biz bu tədbirdə daha çox bundan sonra neyləməli olduğumuzu müzakirə edib, media rəhbərlərinin konkret təkliflərini dinləmək istəyirik. Ümummilli məsələlərdə kütləvi informasiya vasitələri eyni mövqedən çıxış etməlidir. Təəssüf ki, cəbhə bölgəsindən gələn xəbərlərdə kifayət qədər anlaşılmazlıq, dağınıqlıq vardı. Yanlış xəbərlər ictimaiyyət arasında çaşqınlıq və ruh düşkünlüyü yaradır”.
Ə.Amaşov atəşkəsin pozulması, hərbi əməliyyatlar haqqında xəbərləri qeyri-peşəkar şəkildə yayan saytların adlarını çəkib: "Əsasən bu xəbərləri "sfera.az”, "veteninfo.az”, "olke.az” və s. saytlar tirajladılar”.
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da bu il avqustun əvvəlində ermənilərin cəbhədə törətdikləri təxribat zamanı medianın peşəkarlıq probleminin üzə çıxdığını bildirib. O qeyd edib ki, bu prosesdə qeyri-peşəkarlarla yanaşı məhz qəsdən və planlı şəkildə təxribat xarakterli informasiyalar yayanlar da oldu: "Bu, qəbuledilməzdir".
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki, elektron kütləvi informasiya vasitələrinin qeydiyyat məsələsinə yenidən baxılmalıdır: "Məsələ ondadır ki, informasiya agentlikləri, qəzetlər qeydiyyatdan keçirlər, amma saytlarda vəziyyət fərqlidir. Onlar yalnız domen alıb fəaliyyətə başlayırlar və məlum olur ki, həmin saytlar bir çox hallarda xaricdən idarə olunurlar. Təklif edirəm ki, saytların qeydiyyat məsələsinə yenidən və ciddi şəkildə baxılsın. Bəzi jurnalistlər peşəkardırlar, amma ümummilli məsələlərdə ziyan gətirən xəbərləri qəsdən yayırlar. Onlar Azərbaycan xalqının düşmənidir”.
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxışında yalan xəbər yazan resurslarla bağlı həm Mətbuat Şurasının, həm də qanunvericiliyin tələblərinə uyğun sərt addım atılmasını təklif edib.
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının üzvü Musa Qasımlı isə deyib ki, jurnalistlər cəmiyyətin onlara inandığını, yazdıqlarının tarixdə qaldığını, bu yazılarla həm də saxta tarix formalaşdırdıqlarını unutmamalıdırlar.
O deyib ki, cəbhə xəttində 11 əsgərin öldüyünü yazıb, adları açıqlamayanlar həm də orda xidmət edən minlərlə əsgərin valideyninin intizarda qoyurlar: "Mətbuatın azad olması hələ hər şeyi, xüsusilə yalanı yazması demək deyil. Bu problemlərin həlli üçün jurnalistlər məsuliyyətli olmalı və ixtisaslaşmalıdırlar".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev də mediadakı problemlərdən danışıb. O qeyd edib ki, jurnalistlərin ixtisaslaşmasına ehtiyac var. B.Quliyev bu cür tədbirlərin, KİV-in peşəkarlaşması istiqamətindəki işlərin kampaniya xarakteri daşımamasına çağırıb, daim yeni təklifləri dinləməyə ehtiyac olduğunu vurğulayıb.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də sosial şəbəkələrin və medianın ermənilərin cəbhə xəttindəki təxribatı zamanı olan fəaliyyətinə nəzərə salıb. Baş redaktor belə məqamlarda dövlət strukturlarının mətbuat xidmətlərinin də KİV-lə onlayn rejimdə işləməsinin vacibliyini vurğulayıb.
"APA Holding”in rəhbəri Vüsalə Mahirqızı isə ermənilərin cəbhə xəttində törətdiyi təxribat zamanı KİV-lərin iş prinsipindəki qüsurları iki yerə ayırıb: "Birincilər doğru, lakin rəsmi strukturlarla razılaşmadan çatdırılmasına ehtiyac olmayan informasiyanı yayanlar idi. İkincilər isə ümumiyyətlə heç bir mənbəyi, əsası olmayan dezinformasiyaları tirajlayanlar idi. Çox təəssüf ki, həmin günlərdə xaotik informasiya yarışı baş verdi".
V.Mahirqızı "Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişikliyin edilməsi ilə bağlı təklif səsləndirib: "Hesab edirəm ki, qanunda saytlarla agentliklərin qeydiyyatı bir-birindən ayrılmalıdır. Agentliklərin yaradılması haqqında şərtlər sərtləşdirilməlidir. Bundan sonra isə "KİV haqqında" qanunda istinadın məsuliyyətdən azad edildiyi hallarda dəyişiklik edilməlidir. İstənilən KİV əgər qeydiyyatdan agentlik kimi keçmiş media orqanına istinad edəcəksə, bu, onu məsuliyyətdən azad edə bilər. Çünki son proseslər zamanı biz gördük ki, 5-10 gün əvvəl yaranmış saytlar dezinformasiya yaydılar, tirajlı, cəmiyyətdə tanınan saytlar da onlara istinadla dezinformasiyaları tirajladılar. Əslində xaos burdan başladı. Ona görə də sayt onunla qeydiyyat sistemində bərabərhüquqlu olan digər saytdan xəbər götürüb, istinad etsə belə bu onu qanun qarşısında məsuliyyətdən azad etməməlidir".
V.Mahirqızı əlavə edib ki, ixtisaslı və peşəkar hərbi jurnalist kateqoriyasının formalaşmasının vaxtı çatıb. "APA Holding”in rəhbərinin təkliflərindən biri də gələcəkdə rəsmi qurumların, ictimai təşkilatların, tanınmış şəxslərin onlar haqqında yalan xəbər yayan resursları "bəzi KİV" adı ilə ümumiləşdirməməsi ilə bağlı olub: "Əgər dezinformasiya yayan saytların konkret adları çəkilərsə, bu, yaxşı bir təsir vasitəsi olar. Həm cəmiyyət onların doğru informasiya vermədiyini görər, həm də reklam verənlər. Heç bir sahibkar məhsulunun insanların inanmadığı, ciddi qəbul etmədiyi resursda yerləşdirmək istəməz".
V.Mahirqızı həmçinin müvafiq qurumların mətbuat xidmətlərinin də bu məsələdə adekvat reaksiya vermələrinin vacibliyini vurğulayıb: "Bu tədbirlər və müzakirələr həm də müvafiq qurumların mətbuat xidmətlərinin KİV-lə online rejimdə, daha operativ və sıx işləməsinin vacibliyini şərtləndirir. Hörmətli Ramiz Mehdiyevin də qeyd etdiyi kimi həmin qurumların da media ilə işləməsində bəzi boşluqlar müşahidə olundu".
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da mətbuat xidmətlərinin iş rejiminin operativləşməsinin vacibliyini vurğulayıb. R.Arifoğlu müşavirədə media qurumları ilə bağlı söylənilən iradların böyük çoxluğunu qəbul etdiyini və haqlı hesab etdiyini də bildirib: "Təklifin ondan ibarətdir ki, Mətbuat Şurasında təcrübəli redaktorlardan ibarət operativ qərargah yaradılsın. Xüsusilə hərbi fövqəladə vəziyyətlər olanda həmin qərargah dərhal işə başlasın və medianın normal, dəqiq və operativ xəbərlə təmin olunmasına yardım göstərsin".
Mətbuat Şurasının üzvü Azər Həsrət isə dünya təcrübəsindən, hərbi vəziyyətlərdə dünyanın başqa ölkələrindəki media qurumlarının iş prinsipindən misallar gətirib.
"Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı da səslənən təklifləri bölüşdüyünü deyib və baş redaktorları təkliflərini yazılı şəkildə Mətbuat Şurasına təqdim etməyə çağırıb. O hesab edib ki, məsələnin qanunvericilik tərəfi də həllini tapmalı, saytların və agentliklərin qeydiyyatı məsələsinə yenidən baxılmalıdır. A.Camalqızı deyib ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevinin redaktorlarla son görüşündən sonra rəhbərlik etdiyi media orqanlarındakı saytlarda sayğaclar və yazıların oxunma sayları yığışdırılıb: "Artıq cəbhə ilə bağlı qeyri-rəsmi xəbərlərdən imtina etmişik, yalnız Müdafiə Nazirliyinin verdiyi rəsmi xəbərləri yayacağıq”.
A.Camalqızı da hesab edib ki, bu məsələdə yalnız medianın ittiham olunması doğru deyil: "Müvafiq nazirliklərin mətbuat xidmətləri də məsuliyyəti dərk etməlidirlər. Müdafə Nazirliyi lazımsız və zərərli hesab edilən xəbərlər barədə mətbuata məlumat verməlidir. Çünki həmin günlərdə buna ehtiyacımız oldu".
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq