Abel Məhərrəmovdan çarpıcı açıqlamalar - "Biz bu pulları nəyə görə vermişik?"

img

05-09-2014 [14:17]


"Biz sizə görün nə qədər pullar xərcləmişik, 20, 50, 80 min pul vermişik. Bu rəqmələrin bəzilərini açıqlamaq da istəmirəm, amma bu pulları nəyə görə vermişik. Ona görə vermişik ki, siz orada oxuyub, mütəxəssis olub, gəlib öz universitetlərimizdə işləyəsiz”. 

Bu sözləri "Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Formu” ictimai birliyinin (ASAİF) 12-Formunda çıxış zamanı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O, qeyd edib ki, xaricdə təhsil alan tələbələr ölkəyə geri qayıtmalıdırlar: "Bizim sizə çox böyük ehtiyacımız var. Sizi Bakı Dövlət Univeristetində gözləyirik. Əfsuslar olsun ki, biz sizi göndəririk, geri qayıtmırsınız. biz sizi göndərmişik ki, gəlib univeristetləri gücləndirəsiniz. Universitetlərdə elmi məktəbləri formalaşdırmalısınız. Universitetlər, akadmeiyalar gücle elmi məktəblərlə güclənir. Bu gün Azərrbaycan indiki kimi şanslı olmayıb. açıq danışaq, sizdən yaxşı dövrdə yaşayan yoxdur. Hər biriniz üçün vəsait ayrılır. Azərbaycanda təhsil iki istiqamətdə aparılır. iz siszi göndərmişik ki, uzun illər təvrübəsi olan universitetlərdən elmi mühiti azərbaycana gətirəsiniz. əfsuslar olsun ki, mən bir rektor kimi deyirəm. Universitetimizdə ingilis qruplar var və xaricdə təhsil alıb gələn gənclərin az bir qismi bu qruplara müraciət edir. Qoyduğumuz pulun dəyərini başa düşmürük. hara xərcləndi o pullar?  Biz sizi universtetə dəvət edik, xaricdə təhil alandan sonra geri qayidın və ali məktəblərlə əməkdaşlıq edin”. 

Qeyd edək ki, bu gün "Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Formu” ictimai birliyinin (ASAİF) 12-Formu öz işinə başlayıb.

anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA